Blastomikoz
Blastomikoz ağ ciyərlərin infeksion xəstəliyidir.Xəstəliyin əmələ gəlməsinə nəfəs yolları vasitəsilə orqanizmə daxil olan göbələk mikroblarıdır.Mikroblar ağ ciyərdə patologiya əmələ gətirdikdən sonra qan vasitəsilə bütün orqanizmə yayılırlar.
Xəstəliyə ən çox 20-40 yaşlı kişilər arasında,ən çox da AİDS xəstələri arasında rast gəlinir.
Xəstəlik özünü temperaturun yüksəlməsi və həddindən çox tərləmə ilə biruzə verir.Xəstələrdə əvvəlcə quru,sonra isə bəlğəmli öskürək olur.Xəstələr döş qəfəslərində ağrıdan və təngnəfəslikdən şikayətlənirlər.Xəstəliyin gedişi yüngül xarakter daşıyır,müalicə olunduqda tez bir zamanda sağalma müşahidə edilir.
Xəstəlik ağırlaşma verdikdə infeksiya qan vasitəsilə digər orqanlarda - ən çox xayalarda infeksiyalaşma ilə özünü göstərir .Bu zaman xayalarda şişkinləşmə və ağrı baş verir,xəstənin temperaturu daha da artır.Blastomikozun ağırlaşması dəridə irinli sızanaqların olması ilə özünü biruzə verir.
Xəstəliyə diaqozun qoyulmasında bəlğəmin müayinəsi mühüm rol oynayır.Bəlğəmdə tapılan göbələk mikrobları diaqnozun dəqiqləşməsində yardımçı olur.
Müalicə itrakonazol vasitəsi ilə aparılır.Dərman qəbulunun ilk günlərindən xəstəliyin əlamətləri azalır və xəstəlik qısa müddət ərzində sağalır.
Milli.Az / news.milli.az









Xiyarın möcüzəvi faydaları
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər