Bolqar bibərindən daha çox istifadə etmək üçün 3 SƏBƏB

Bolqar bibərindən daha çox istifadə etmək üçün 3 SƏBƏBBolqar bibəri çox universal bir məhsuldur. Onu özü-özlüyünə qəbul etmək, müxtəlif yemək və salatlara əlavə etmək, turşuya qoymaq və ya bəzək kimi istifadə etmək olar.
Görmə qabiliyyətinin yaxşılaşdırılması
Bir çoxları yerkökünün gözlər üçün faydalı olduğunu bilir. Lakin, bibər də görmə qabiliyyətinin qoruyub saxlamağa kömək edir. ABŞ-ın Milli Göz İnstitutunun məlumatlarına görə, onun tərkibində, gözlərin Sağlamlığı üçün həlledici əhəmiyyətə malik olan beta-karotin, lutein və zeaksantin karotinoid birləşmələri, həmçinin C vitamini vardı.
2019-cu ildə Proceedings of the Third International Tropical Agricultural Conference jurnalında dərc olunan Avstraliya tədqiqatı, sarı bolqar bibərində ən yüksək zeaksantin səviyyəsinin və eyni zamanda böyük miqdarda luteinin olduğunu göstərib.
Çəkinin azalması
Şirin bibərin başqa bir xüsusiyyəti, rəng seçimindən asılı olmayaraq, onun az kalorili olmasıdır - orta hesabla 1 bibərdə 31 kalori var. Əksər tərəvəzlər kimi, o, su və qida liflərindən ibarətdir. Bolqar bibəri kimi aşağı kalorili qidaların qəbul edilməsi - çəkinin azalması üçün sübut olunmuş strategiyadır.
Pensilvaniya Universitetinin qidalanma üzrə professoru Doktor Barbara Rolls, bibər kimi az kalorili qidaların qəbul edilməsinin bir yemək qəbulunda kalorilərin miqdarını azaltmağa imkan verdiyini qeyd edir. Tədqiqat iştirakçılarının 25 faizi gündə 800 kalori daha az qəbul edirdilər və aclıq hiss etmirdilər.
Sağlam oynaqlar
Bəzi insanlar artrit simptomlarının pisləşməsi qorxusu səbəbindən pomidor, badımcan və bibərdən istifadə etməkdən çəkinirlər, lakin, Klivlend klinikasının revmatoloqlarının sözlərinə görə, bu mifi təsdiq edən hər hansı bir elmi dəlil yoxdur.
Əksinə, bibər çox miqdarda C vitamini sayəsində qığırdaqları və sümükləri qoruyur. Yarım fincan qırmızı bibər, qadınlar və kişilər üçün müvafiq olaraq C vitamininin tövsiyə edilən 75 və 90 milliqramın gündəlik dozasını təmin edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1500   Tarix: 05 iyun 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

adlarin menasi qaşların formalari gelinlikler sizanaqlara qarsi maskalar milli yeməklər 1 hefteye 5 kq ariqlamaq kosmetika webnem tovuzlu kurtlar vadisi hakista baliq kley lekesi