Bolqar bibərindən daha çox istifadə etmək üçün üç heyranedici səbəb

Bolqar bibərindən daha çox istifadə etmək üçün üç heyranedici səbəbBolqar bibəri çox universal bir məhsuldur. Onu özü-özlüyünə qəbul etmək, müxtəlif yemək və salatlara əlavə etmək, turşuya qoymaq və ya bəzək kimi istifadə etmək olar. Milli.Az AZƏRTAC-a istinadən bolqar bibərinin faydalı xüsusiyyətlərindən bəhs edir.
Görmə qabiliyyətinin yaxşılaşdırılması. Bir çoxları yerkökünün gözlər üçün faydalı olduğunu bilir. Lakin, bibər də görmə qabiliyyətinin qoruyub saxlamağa kömək edir. ABŞ-ın Milli Göz İnstitutunun məlumatlarına görə, onun tərkibində, gözlərin Sağlamlığı üçün həlledici əhəmiyyətə malik olan beta-karotin, lutein və zeaksantin karotinoid birləşmələri, həmçinin C vitamini vardı.
2019-cu ildə Proceedings of the Third International Tropical Agricultural Conference jurnalında dərc olunan Avstraliya tədqiqatı, sarı bolqar bibərində ən yüksək zeaksantin səviyyəsinin və eyni zamanda böyük miqdarda luteinin olduğunu göstərib.
Çəkinin azalması. Şirin bibərin başqa bir xüsusiyyəti, rəng seçimindən asılı olmayaraq, onun az kalorili olmasıdır - orta hesabla 1 bibərdə 31 kalori var. Əksər tərəvəzlər kimi, o, su və qida liflərindən ibarətdir. Bolqar bibəri kimi aşağı kalorili qidaların qəbul edilməsi - çəkinin azalması üçün sübut olunmuş strategiyadır.
Pensilvaniya Universitetinin qidalanma üzrə professoru Doktor Barbara Rolls, bibər kimi az kalorili qidaların qəbul edilməsinin bir yemək qəbulunda kalorilərin miqdarını azaltmağa imkan verdiyini qeyd edir. Tədqiqat iştirakçılarının 25 faizi gündə 800 kalori daha az qəbul edirdilər və aclıq hiss etmirdilər.
Sağlam oynaqlar. Bəzi insanlar artrit simptomlarının pisləşməsi qorxusu səbəbindən pomidor, badımcan və bibərdən istifadə etməkdən çəkinirlər, lakin, Klivlend klinikasının revmatoloqlarının sözlərinə görə, bu mifi təsdiq edən hər hansı bir elmi dəlil yoxdur.
Əksinə, bibər çox miqdarda C vitamini sayəsində qığırdaqları və sümükləri qoruyur. Yarım fincan qırmızı bibər, qadınlar və kişilər üçün müvafiq olaraq C vitamininin tövsiyə edilən 75 və 90 milliqramın gündəlik dozasını təmin edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1946   Tarix: 04 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 qadin sayti saç tökülməsi sağlamlıq xəbərləri qonaq otağı üçün pərdələr saclarin yigilmasi kosmetika baliq nizami gəncəvi dolca oğlaq novruz hakısdası