Boşanmış kişi ilə evlənsəniz sizi nələr gözləyir?

Boşanmış kişi ilə evlənsəniz sizi nələr gözləyir?Evliliyini bitirmiş bir kişi ilə görüşməyə avtomatik olaraq mənfi baxa bilərsiniz. Amma boşanma anlayışını normal qəbul etdiyiniz müddətcə onlarla münasibət qurmaq da normal qarşılamalıdır. Bəs bu həssas əlaqəni davam etdirə bilmək yolları nələrdir?

Sizin də ətrafınızda boşanmış yoldaşlarınızın sayı artırmı? Xüsusilə 30-cu yaşlardan etibarən boşanmış kişilərlə qarşılaşma ehtimalı arta bilir. Bunu, yəni boşanmış bir kişilə əlaqə yaşamağı üstünlük olaraq görən bir çox qadın var. Onlara görə kişi "müvəffəqiyyətsiz" evliliyindən daha çox dərs almış olur.

Boşanmış kişinin subay bir kişiyə görə daha təcrübəli olması bir qadının ondan nələr gözlədiyini də bilir. Təbii ki bu düşüncənin bir də əks tərəfi var; o da kişinin səhvlərini mütəmadi olaraq təkrar etməsi və eyni səhvləri sizin üzərinizdə də etmə ehtimalının olmasıdır.

Mütəxəssislər boşanmış bir kişinin psikologiyasını belə yekunlaşdırır: "Yeni boşanmış bir kişi ilk mərhələdə bir uyğunlaşma müddəti yaşayacaq. Bu müddətdə yaşayacağı əlaqələrdə çox da sağlam qərarlar verə bilməz. Üstündən zaman keçmiş bir boşanmada isə kişilər nə istədiklərinin fərqinə varırlar və daha sağlam qərar verə bilirlər ".

Boşanmanın əhəmiyyəti
Çox pis evlilik keçirmiş bir kişinin ayrılır ayrılmaz evliliyə aid sağlam düşüncəli olmasını gözləyə bilmərik. Şübhəsiz həyat yoldaşı tərəfindən aldadılmış bir kişinin qarşı cinsə yanaşması da fərqli olacaq. Hər iki tərəf sevgiləri və həyəcanları bitdiyi üçün ayrılmışsa fərdlər yeni əlaqələrinə daha asan adaptasiya ola bilərlər.

Mütəxəssislər "təcrübələrimizə görə, sədaqətsizlik səbəbi ilə bir ayrılıq yaşanıbsa ümumiyyətlə qarşı cinsə daha etibarsız olunur. Əvvəlki evliliyində yaşadığı problemlərin təkrarlanacağından qorxan adam, yeni yoldaşına qarşı həddindən artıq nəzarət edər və şübhəçi davrana bilər. Bu da yeni partnyoruna təzyiq edilmiş, hüquqları məhdudlaşdırılmış hissi yaradır və bu da nəticədə əlaqədə anlaşılmazlıqlara səbəb ola bilir" – deyə qeyd edirlər.

"Bu cür pis evlilik yaşamış bir kişi ilə qarşılaşınca etməniz lazım olan şey ona zaman tanımaq və onun etibarını qazanmağa çalışmaqdır. Səbrli olmağınız şərtdir, təbii ki, ondan çox xoşunuz gəlir və onunla uzun müddətli bir əlaqə yaşaya biləcəyinizi düşünürsünüzsə.

Keçmişini araşdırmaq?
Bəs boşanmış bir kişiyə əvvəlki evliliyiylə, ya da yaşadığı anlaşılmazlıqlarla əlaqədar suallar soruşmaq doğrudurmu? Mütəxəssislər belə məsləhət görür: "Bu vəziyyət adamın özəlidir.

Bəlkə orada keçmiş əlaqəsi ilə əlaqədar unutmağa çalışdığı, xatırlamaq istəmədiyi, başqalarının bilməsini istəmədiyi bir şeylər vardır. Bu vəziyyət hər kəsə izah ediləcək bir vəziyyət deyil. Onsuz da yaşadıqlarını danışmağı istəyən bir adam istəsə siz soruşmadan da hər şeyi izah edər. Çünki onlar danışmaq üçün özünü mühakimə etmədən dinləyəcək, inandığı və güvəndiyi birini seçmək istəyirlər".

Bu nöqtədə etməniz lazım olan qarşınızdakı adamı təzyiq altında salmadan, onu öz halına buraxaraq sizə güvənməsini və açılmasını gözləmək olacaq.

Digər bir problem də boşanmış və uşağı olan kişilərlə qarşılaşmaq ola bilər. Bəs uşağı, ya da uşaqları olan boşanmış bir kişiyə qarşı edəcəyiniz rəftar necə olmalıdır?

Cütlüklər ümumiyyətlə biz olmağı bacara bilmirlər. Ata və uşaq bir tərəfdə, yeni yoldaş ya da partnyor isə bir tərəfdə qalır. Bəzən yeni yoldaş, partnyor, bəzən də uşaq özünü yalnız hiss edə bilir. Belə vəziyyətdə atanın işi də çox asan olmur; narahatlıq olmasın deyə mütəmadi olaraq səy göstərir. Belə bir vəziyyətdə qadın bir ana olmaqdan daha çox ata ilə uşaq arasına girmədən uşağı dəstəkləyici mövqesdə olmalıdır. Çünki uşaq hər zaman yeni gələn qadını anasının yerini almaq istəyən adam olaraq görür. Yeni yoldaş belə bir niyyətinin olmadığını uşağa hiss etdirməli və uşağa bir dost kimi davranmalıdır.

Bu çətin problem həll etmək o adamı nə qədər istədiyinizə bağlıdır.

Boşanma sonrası əlaqələr
Hər iki tərəfin də boşanmış olması yeni bir əlaqə qurulmasını asanlaşdırırmı?

Hər iki yoldaş da boşandıqdan sonra boşanmanın səbəbini səhv yoldaş seçimi ilə açıqlayır. Hər iki tərəfin boşanmış olması insanların evlilikdən nə gözlədikləri mövzusunda maarifləndirmə qazanmış olmaları baxımından faydalı ola bilər. Adətən çox tez aşiq olan kişilərdə həzz prinsipi əsas rol oynayır, belələri çox sürətli qərar verə bilir. Bu kəslərin hər dəfə boşandıqdan sonra təkrar ani qərarlar ilə ildırım eşqləri ilə evlənmələri doğru nəticələrə səbəb olmur. Buna görə də evlənəcək kəslərin əlbəttə ki həzzləri, sevgiləri ilə yanaşı məntiqləri də münasibətdə müəyyən rol oynamalıdır. Bu adamın əvvəlcə, bir evlilikdən nələr gözlədiyi, necə bir adam ilə evlənmənin özünü xoşbəxt edəcəyi mövzusunda dəqiqləşmiş olması lazımdır.

Ailə və Uşaq     Baxılıb: 4179   Tarix: 29 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar adlarin menasi geyim seçimi maskalar geyimler sanamalar təmizlik sanama veten haqqinda bayatilar qız bürcü vətən həsrəti nizami gəncəvi