Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?

Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?20 yaşdan yuxarı olan bəzi qızların (və bir çox oğlanların) üzlərinə baxsaq, onlarda dəyişiklik olduğunu görərik. Bu gün bəzi gənclərdən soruşsaz ki, "Üzünüzə botoks edirsiz?" onların cavabı "Bəli, mən botoks edirəm" olacaq.
Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, 2010-cu ildən bəri 20-29 yaş arası insanlar arasında botoks inyeksiyaları 28 faiz artıb. Səbəblər arasında zoom effekti adlanan sosial şəbəkələrin təsiri (videokonfranslar zamanı kompüter ekranında görünən bütün nüanslar son dərəcə diqqətlə qiymətləndirildikdə) var. Bütün bunlar hər hansı estetik prosedurlara müraciətlərin sayını artırıb. Estetik əməliyyatlar içində ən çox botoks liderlik edir.
Qeyd edək ki, botoks hər hansı bir botulinum toksininə, yəni əzələ fəaliyyətini maneə törədən bir dərmana aiddir.
Profilaktik botoks adi botoksdan nə ilə fərqlənir?
Botoks əzələlərin daralmasına maneə törədir, onun daha az hərəkət etməsinə səbəb olur, nəticədə dəri daha hamar olur. Kiçik dozalarda üzün strateji deyilən yerlərinə (adətən qaş nahiyəsi, alın nahiyəsi, göz ətrafı) artıq görünən qırışların olduğu yerə yeridilir. Profilaktik botoks qırışları başlamazdan əvvəl aradan qaldırmağı hədəfləyir, qarşısının alır və cavanlaşdırır.
Botoksu 20 yaşdan tez etmək olur?
Əksər insanlar üzlərində qırışların görünməsini 20-25 yaşlarında hiss etməyə başlayırlar, lakin profilaktik botoks inyeksiyalarına başlamaq üçün sehrli bir tarix yoxdur - qərar verməzdən əvvəl dərinizin vəziyyətini qiymətləndirmək lazımdır. Risk altında olanlar daim qaşqabaqlı, qıyıq və ya təəccüblənənlərdir (burada qaşlar qalxır) - ümumiyyətlə, çevik üz ifadəsi olan insanlardır. Bu, həkimin gənc canlıya toksin inyeksiyasından imtina etməməsi üçün bir göstəricidir.
Bununla belə, fikirlər bölünür. Həkimlər arasında müəyyən psixoloji baryeri keçməyə və gənc üzlərə botulinum toksini yeritməyə hazır olmayanlar var.
"White Garden" gözəllik salonunun kosmetoloqu Natalya Rodina hesab edir ki, profilaktik olaraq botoks vurmaq mümkün deyil: "Botulinum toksini yalnız göstəriş olduqda - alında, qaşlar və burun körpüsü arasındakı nahiyədə və ya gözün xarici künclərində görünən qırışlar yarandıqda və ya bu nahiyələrdə əzələ hipertonikliyi aşkar edildikdə istifadə olunur. Ancaq obyektiv olaraq, qırışlar (yəni dəridə görünən qırışlar) 25-29 yaşdan əvvəl görünmür və bəzilərində hətta 40 yaşında belə olmaya bilər".
Həkimlər diqqəti dərinin keyfiyyətinə və düzgün dəriyə qulluq rejiminə yönəltməyi təklif edirlər. Ultrabənövşəyi radiasiyadan qorunmaq, müntəzəm pilinqlər, masajlar etmək, A vitamini (ən çox yayılmış forması retinoldur) və hüceyrə quruluşunu təşviq edən antioksidanlar kimi kremlərdəki maddələrdən istivadə olunmalıdır.
Paradoks: iynələr kömək edə bilər, lakin onlar sizi çox tez qocalda bilər - çünki üzünüzdəki əzələ kütləsi əziyyət çəkəcək. Əzələ masaj edilmədikdə, zəifləyir və nazikləşir - üz zamanla daha quru görünməyə başlayır.
Bununla belə, bu, əbədi gəncliyin dalınca gedənləri dayandırmır - Koreya botoksu adlanan dərman da populyarlıq qazanıb. Əsas diqqət qırışları aradan qaldırmaq deyil, daha hamar, parlaq, "plastik" dəri əldə etməkdir. Neyrotoksin kiçik dozalarda əzələlərə deyil, birbaşa dəriyə yeridilir, bununla da məsamələri daraldır, dərini hamarlayır və Asiyada çox dəbdə olan "şüşə dəri" effektini yaradır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 2139   Tarix: 28 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim dəbləri qaşların formalari geyim seçimi qadin psixologiyasi qadınlar süni doğuş biskvitli tort resepti kosmetika məsəllər bakire azerb clpaq qadinlari layla həmidə