Böyrəklərdə daş, duz əmələ gətirən səbəblər və xilas yolları

Böyrəklərdə daş, duz əmələ gətirən səbəblər və xilas yollarıBöyrəklərin əsas fuksiyası qanı təmizləməkdir. Gün ərzində bu orqanlardan 1500 litrə qədər qan keçir və tərkibindəki zərərli maddələr sidik yolları vasitəsilə orqanizmdən xaric olunur.
Sherg.az xəbər verir ki, böyrəkləri təmizləmək üçün birinci növbədə böyrəklərdə daş və duz əmələ gətirən səbəblər ortadan qaldırılmalıdır. Sonra isə daşları parçalayan vasitələrdən istifadə etmək lazımdır.
Bu problemi yaradan başlıca səbəb düzgün qidalanmamaqdır. Qida rasionundan ət və ət məhsullarını, zülal ilə zəngin maddələri azaltmaq lazımdır. Bundan başqa çörək və çörək məhsullarını da azaltmaq vacibdir. Əks halda çoxlu miqdarda şlaklar əmələ gəlir, böyrəklərin qanı təmizləməsinə mənfi təsir edir. Qidaları çiy halda qəbul etməyə üstünlük vermək lazımdır. Qida rasionunda bitki mənşəli qidaları artırmaq, heyvani qidaları minimuma endirmək lazımdır. Bu cür dietalarla böyrək problemlərini azaltmaq mümkündür, əks halda böyrəklərin təmizlənməsi ilə ciddi məşğul olmaq lazımdır.
Duzlar hansı səbəblərə görə yığılır?
- İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Bu irsi faktordur - nəsildən nəslə ötürülən müəyyən mübadilə proseslərinin xüsusiyyətlərinə görə duzlar bu insanların böyrəklərində daha tez yığılır.
- Orqanizmdə kalsiumin həddən artıq olması və həminin qanda sidik turşusunun çoxlu miqdarda yığılması da böyrəklərdə duzların yığılmasına səbəb ola bilər.
- Susuzlaşma (xüsusilə xroniki susuzlaşma) zamanı sidik daha qatı olur ki, böyrəklər duzları orqanizmdən tam effektli şəkildə xaric edə bilmir və duzlar burada yığılmağa başlayır. Susuzlaşmanın səbəbi həm mayenin az miqdarda qəbulu, həm də sidikqovucu preparatların qəbulu ola bilər.
- Böyrəklərdə gedən iltihabı proseslər də duzların yığılmasına səbəb ola bilər. Xəstə böyrəklər öz işinin öhdəsindən tam şəkildə gələ bilmir və nəticədə burada duzlar yığılmağa başlayır.
- Düzgün olmayan qidalanma (duzlu, qızardılmış, hisə verilmiş qidaların, ət məhsullarının həddən artıq qəbulu).
Əksər hallarda böyrəklərdə az miqdarda duzların olması özünü heç bir simptomla büruzə vermir və təsadüfən analiz zamanı təyin olunur.
Qarpız böyrəkləri təmizləyir
Böyrəklərin təbii yolla təmizlənməsinin ən sadə üsullarından biri isə qarpız mövsümündə maksimal dərəcədə qarpız istifadə etməkdir. Çalışmaq lazımdır ki, bir müddət qarpızdan başqa heç bir qida qəbul edilməsin. (Müasir dövrdə ekoloji təmiz qidalar, o cümlədən gübrəsiz qarpız tapmaq bir qədər çətindir) Mümkün qədər natural, becərilməsində heç bir kimyəvi gübrədən istifadə edilməmiş qarpız istifadə etmək lazımdır. Əlbəttə, tək qarpızla aclığı yox etmək də mümkün deyil, ona görə qarpızla ağ çörək də istifadə etmək olar, bu zaman həm də ləzzətli olur. Adətən Azərbaycanda qarpızı qoyun pendiri və ağ çörəklə yemək dəbdir, lakin unutmaq lazım deyil ki, çox saxlanmış duzlu pendirin özü böyrəklərdə daş əmələ gəlməsi üçün səbəbdir.
Gün ərzində çoxlu maye qəbul etmək lazımdır
Böyrəklərin funksional işi normal getsin deyə orta yaşlı bir insan gün ərzində ən 2-4 litr maye qəbul etməlidir. Bu mayeyə yeməklərin tərkibində olan maye də daxildir. Adi çaydan əlavə, meyvələrdən hazırlanmış çaylardan da istifadə etməyiniz məsləhət görülür.
Adi çaya bəzi dərman bitkilərini əlavə etməklə böyrəklərdə və sidik kisəsində durğunluq nəticəsində yığılmış duz kristallarını təmizləyə bilərsiniz. Məsələn, adi çaya azacıq ayıqulağı yarpağı, itburnu meyvəsi, keçisaqqalı otu, pol-pala otu, dazıotu otu və s. qatmaqla çay hazırlamaq olar.
Müntəzəm qəbul olunan müalicəvi çayların nəticəsi olaraq sidik yollarınız ideal vəziyyətə düşəcək. Eyni zamanda bu kimi çaylar orqanizmi bütövlükdə lazımsız şlaklardan təmizləyəcək.
Qida rasionu meyvə və tərəvəzlərlə zəngin olmalıdır. Duza və sirkəyə qoyulmuş tərəvəzlərdən isə, çox az miqdarda istifadə etməli və yaxud onlardan tamamilə imtina etməlisiniz. Hisə verilmiş ət, və balıqdan da imtina etmək məsləhət görülür.
Tərəvəz yeməklərini gündəlik rasionunda artırın
Əgər böyrəklərinizdə durğunluq varsa, o zaman cəfəri köklərini qaynadıb çayını içə bilərsiniz. Həmçinin böyrəklərdə daş əmələ gəlməsin deyə, müalicəvi çay qəbul edə bilərsiniz. Mütləq müalicə dövründə yüngül idmanla məşğul olmaq məsləhət görülür.
Böyrəklərində problemi olan insan orqanizmə toksiki təsir göstərən mühitdən uzaq olmalıdır.
Nəzərə almalıdır ki, toksiki maddələr çox zaman orqanizmə toz və tüstü şəklində daxil olur və orqanizmi zəhərləndirir. Orqanizmdəki zəhərli maddələrin çox hissəsi isə məhz böyrəklər vasitəsi ilə xaric olunduğun üçün böyrəkləri zədələyir, funksional işini pozur və tədricən böyrək çatışmazlığı inkişaf edir.

Sağlamlıq     Baxılıb: 3851   Tarix: 07 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

qaşların formalari aksessuarlar kosmetoloq qadın saytı döşləri necə böyütmək olar geyim 2026 qazan katleti kosmetika hesaplama novruz bayramına aid hakışda nizami gencevi rəksanə veten haqqinda bayati