Səhər dəriləndə qiyməti od bahasına olur: Hətta səkidə belə yetişir
Təbiətin bizə bəxş etdiyi, amma çox zaman diqqətdən qaçan bir bitki var ki, qiyməti qızıla bərabərdir. Doğru zamanda toplanıb istifadə edildikdə həm iqtisadi, həm də sağlamlıq baxımından böyük dəyərə malik olan bu bitki səhərin ilk saatlarında dəriləndə əsl şəfa mənbəyinə çevrilir. Bu qiymətli bitki adaçayıdır.
Milli.Az xəbər verir ki, adaçayının içindəki yağ və müalicəvi maddələrin miqdarı səhər saatlarında daha yüksək olur. Günəş çıxdıqca bitkinin tərkibindəki uçucu yağlar azalır və təsiri zəifləyir. Buna görə də, adaçayı kimi aromatik bitkilər - kəklikotu, melissa və s. gün çıxmamış yığılır.
Təbii və orqanik məhsullara tələbatın artması nəticəsində adaçayının qiyməti də son illərdə kəskin bahalaşıb. Hazırda bir kiloqram adaçayının qiyməti 45-85 manat arasında dəyişir.
Adaçayı yalnız çay kimi deyil, həm də kosmetika və efir yağları istehsalında geniş istifadə olunur.
Adaçayının faydaları
İmmuniteti gücləndirir
Öskürək və boğaz ağrısını azaldır
Diqqəti artırır, zehni yorğunluğu azaldır
Bədəni toksinlərdən təmizləyir
Dərinin sağlamlığını qoruyur və cild baxımında istifadə olunur
Mütəxəssislər xəbərdarlıq edirlər ki, adaçayından həddindən artıq istifadə yüksək təzyiq kimi problemlərə səbəb ola bilər.
Lalə Qüdrətova
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi