Böyük Britaniyanın Oksford Universitetinin Ertegun House Mərkəzində Bərdə şəhərinin orta əsrlər arxeologiyasına həsr olunmuş kollokvium keçirildi - FO

Böyük Britaniyanın Oksford Universitetinin Ertegun House Mərkəzində Bərdə şəhərinin orta əsrlər arxeologiyasına həsr olunmuş kollokvium keçirildi - FOBərdənin Arxeoloji Tədqiqatları layihəsi 2013-cü ildə dünyanın ən qocaman və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin strukturunda Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın tarixinin, dillərinin və mədəniyyətlərinin öyrənilməsi məqsədilə daimi əsaslarla yaradılmış Nizami Gəncəvi Mərkəzinin çox vacib elmi təşəbbüslərindən biridir.
Mərkəzin həyata keçirdiyi elmi əsərlərin yüksək akademik səviyyədə tərcümə edilməsi, beynəlxalq konfransların təşkili, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlanması kimi bir çox maraqlı layihələr arasında Bərdə şəhərində aparılan arxeoloji tədqiqatlar xüsusi yer tutur. Arxeoloji ekspedisiyaların əsas məqsədlərindən biri dünya elmi ictimaiyyətinə Azərbaycanın bu şəhərinin qədim irsi və zəngin tarixi haqqında daha dolğun məlumat verməkdir. Kollokviumun keçirilməsindən bir gün əvvəl SOAS Universitetinin professoru Oksford Universitetinin Xəlili Tədqiqat Mərkəzinin İncəsənət tarixi və Arxeologiya kafedrasını təmsil edən Skott Redfordun mühazirəsi keçirildi. Mühazirənin mövzusu - "Cənubi Qafqaz orta əsrlərdə (XI-XIII əsrlər)". Kollokviumun proqramı çərçivəsində 4 elmi sessiya keçirildi və burada Bərdə arxeoloji ekspedisiyasının iştirakçıları çıxış etdilər.
İştirakçılarını salamlayaraq, tədbiri Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Tibet və Himalayşünaslıq üzrə professoru Ulrike Rosler və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-Qafqaz) İdarə Heyətinin üzvü akademik Nərgiz Paşayeva açıq elan etdilər.
İştirakçılara müraciət edərək, professor Nərgiz Paşayeva dedi:
"Hörmətli həmkarlar və qonaqlar!
Sizi burada görməkdən çox məmnunam. Əminəm ki, Bərdə arxeoloji qazıntılarına dair keçirilən bu tədbir maraqlı və faydalı olacaqdır. Elmi müzakirələr Qafqazın tədqiqinə dəyərli töhfə verəcək və bu sahədəki müəyyən boşluqların doldurulmasına imkan yaradacaq. Bundan əlavə, Bərdə arxeoloji layihəsi insanları və mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır. Bu ilin payızında Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunda Bərdədə aparılan qazıntı işləri və orada tapılan eksponatlarla bağlı seminar və sərgi keçirməyi planlaşdırırıq.
Azərbaycan arxeologiyasının tarixi haqqında bir neçə kəlmə də demək istərdim. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 7 dekabr 1919-cu ildə, Azərbaycan Parlamentinin birinci ildönümü şərəfinə Müstəqillik muzeyi yaradılmışdır. Bu muzey Parlamentin binasında açılmışdı və burada arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş eksponatlar təqdim edilmişdir. 1920-ci ildə bu muzeyin bazasında Azərbaycan tarixi muzeyi yaradıldı. Beləliklə, biz arxeoloji təməlin qoyulduğunu deyə bilərik. O dövrdə muzeyin rəhbəri milli arxeoloji məktəbin ilk nümayəndəsi olan, tarixçi və etnoqraf Davud bəy Şərifov idi. 1920-ci ildə bu muzey Azərbaycanda ilk arxeoloji tədqiqat işlərini təşkil etdi. Bu işlər Şirvanşahlar və Bakıda Qız qalası kompleksində təşkil edildi. Bu gün biz Azərbaycanda ilk arxeoloji layihənin 100 illik yubileyinin şahidi oluruq.
Rusiya imperiyası dövründə Tiflis Qafqazın inzibati mərkəzi olduğu üçün bütün bölgədən bir çox arxeoloji tapıntılar məhz Tiflisdə yerləşən Qafqaz muzeyinə göndərilirdi. 1925-ci ildə Davud Şərifovun təşəbbüsü ilə bəzi eksponatlar Azərbaycan Tarixi Muzeyinə verildi. Muzeyə verilən eksponatlar arasında bir sıra çox maraqlı materiallar var. Məsələn, "Redkin Lager" haqqında materialları və Rusiya İmperiyası tərəfindən dəvət edilmiş Fridrix Bayern haqqında bəzi məlumatları qeyd etmək olar. Bu materiallar hazırda Azərbaycan Tarixi muzeyində saxlanılır.
Azərbaycanın arxeoloji elmi beynəlxalq səviyyədə geniş şəkildə təmsil olunmamışdı. Biz yalnız 1981 və 1982-ci illərdə Fransada, Parisdəki İslam Muzeyində keçirilən və qədim insan məskənlərinin təmsil olunduğu sərgiləri xatırlaya bilərik. Sovet İttifaqı burada Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş Azərbaycandakı Azıx mağarasından yalnız bir eksponatı təqdim etdi.
Mən, həmçinin Azərbaycanlı alim İsa Səlimxanovun da fəaliyyətini qeyd etmək istərdim. Yerli mütəxəssislərin müstəqil təbliğinin və tanınmasının əleyhinə olan Sovet ideologiyasına baxmayaraq, 1987-ci ildə İsa Səlimxanov Alman Arxeologiya İnstitutunun üzvü seçilmiş, Kaliforniya Universitetində Arxeoloji Cəmiyyətin üzvü və İngilis Metallurgiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. 2002-ci ildə onun əsərləri Zana Dai onlayn kataloquna daxil edilmişdir.
Sonda bütün həmkarlarıma, xüsusilədə professor Edmund Hertziq və doktor Pol Vordsvorta, eləcə də bizə köməklik edən və dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirmək istərdim.
Diqqətinizə görə təşəkkür edirəm və sizə seminarın işində uğurlar arzulayıram"!
Professor Nərgiz Paşayevanın çıxışından sonra Bərdə şəhərində aparılan arxeoloji tədqiqatların iştirakçıları olan məşhur alimlər ərazidə apardıqları qazıntılardan danışdılar.
Bərdə və Arranın tarixinə və tarixşünaslığına həsr olunmuş ilk sessiyada Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Edmund Hertziq "Orta əsrlərin Azərbaycan tarixinin yazılması" adlı məruzə ilə çıxış etdi.
Sonra "Azərbaycanda orta əsrlər dövrünün arxeologiyası" mövzusunda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlı çıxış etdi.
"Bərdənin tədqiqinə arxeoloji yanaşma və Azərbaycanda orta əsr şəhərlərinin landşaftları" mövzusuna həsr olunmuş ikinci sessiyada üç alimin çıxışı təqdim olundu.
"Bərdənin şəhər mənzərəsi, 600-1200" adlı məruzə ilə Oksford Universitetinin Brasenos Kollecinin elmi tədqiqatçısı, Bərdə Arxeoloji Ekspedisiya qrupunun rəhbəri Pol Vordsvort çıxış etdi.
Orta Asiya, İslam arxeologiyası və Qafqaz arxeologiyası üzrə mütəxəssis, Oxford Universitetinin Arxeologiya Məktəbinin təmsilçisi Keti Kempbellin təqdim etdiyi mövzu "Monqollar Qafqaz şəhərlərində" adlanırdı. Gürcüstanlı arxeoloq, Tbilisi Dövlət Universitetinin əməkdaşı David Naskidaşvilinin çıxışında Qafqazın orta əsrlər dövrü tarixinə aid arxeoloji qazıntı təcrübəsi barədə geniş məlumat verildi.
Üçüncü sessiyanın mövzusu "Bərdə şəhərindən əldə olunan bioarxeoloji dəlillər" adlanırdı və burada üç məruzəçi çıxış etdi. Zooarxeoloq, İngiltərənin Ekseter Universitetinin həndəsi morfometriya sahəsi üzrə mütəxəssisi, Martin Lüter adına Almaniyanın Halle-Vittenburg Universitetinin fəxri elmi işçisi Eşli Haruda "Orta əsrlər Bərdə şəhərinin qidalanma xüsusiyyətləri və iqtisadiyyatı" adlı məruzəsi ilə geniş məlumat verdi. Miçiqan Universitetini təmsil edən, Roma imperiyası dövrü Şimali Afrika, həmçinin landşaft arxeologiyası üzrə mütəxəssis Devid Stoun "Şəhərdə aşkar edilmiş arxeobotanik izlər" adlı məruzəni təqdim etdi. Nyu-York Universitetinin Qədim Dünya Araşdırmaları İnstitutunun əməkdaşı, qədim insanların qida rasionu və məhsulların çeşidini araşdıran doktor Selin Nugent Bərdə və onun ətrafında - Qaratəpə ərazisində məskunlaşan insanlara aid məlumatları iştirakşılara çatdırdı.
"Bərdənin maddi mədəniyyəti" adlı dördüncü sessiyada Edinburq Universitetinin Arxeologiya Məktəbinin tədqiqatçısı Timoti Penn və Milli Azərbaycan Tarixi Muzeyinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin Tarix kafedrasının müəllimi Aslan Qasımov "Orta əsr Bərdənin şüşə qabları və zərgərlik əşyaları" adlı məruzə ilə çıxış etdilər. A. Qasımovun çıxışında Milli Tarix Muzeyində Bərdə ilə bağlı mövcud materiallar haqqında məlumatlar da verilmişdir.
Xatırladaq ki, 2015-ci ildən başlayaraq Oksford Universitetinin Brasenose Kollecinin tədqiqatçı-arxeoloqu Pol Vordvorstun rəhbərliyi ilə hər il Bərdənin Qaratepe və Torpaqqala ərazilərində Britaniyanın Oksford və Edinburq universitetlərinin, ABŞ-ın Pensilvaniya Universitetinin, İrlandiyanın Dublin Universitetınin, Almaniyanın Halle-Vittenburg universitetinin, Danimarkanın Kopenhaqen Universitetinin, Gürcüstanın Tbilisi Dövlət Universitetinin, həmçinin ABŞ-ın İslam İncəsənəti üzrə Doris Duke Fondunun (Doris Duke Foundation for Islamic Art, USA), Britaniyanın York Arxeoloji Etimad (York Archaeological Trust) və "Sərhədsiz İrs" (Heritage Without Borders) təşkilatlarının, Sofiyadakı Amerika Tədqiqat Mərkəzinin (American Research Center in Sofia Foundation) nümayəndələrinin iştirakı ilə arxeoloji qazıntı işləri aparılır.
Ekspedisiyanın tərkibində Azərbaycan tarixi Muzeyinin əməkdaşı, Bakı Dövlət Universitetinin tarix kafedrasının müəllimi və BDU-nun tarix fakültəsinin iki tələbəsi də qazıntı işlərində iştirak etmişdilər. Ümumilikdə, qazıntı və tədqiqat işlərində 24 arxeoloq iştirak etmişdir.
2018-ci ilin mart və 2019-cu ilin aprel aylarında Bərdədə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəni nümunələrin fraqmentlərinin bir qismi elmi və laborator tədqiqatların aparması üçün Oksford Universitetinə göndərilmişdir. Bardə rayonunun Qaratəpə adlanan ərazisində V-VI əsrlərə aid yaşayış məskəni aşkar edilmişdir.
Qeyd edək ki, Qaratepe ərazisi ilk dəfə Bərdə arxeoloji tədqiqat layihəsi çərçivəsində elmi-tədqiqat obyekti olmuşdur. Qazıntılar zamanı tapılan materialların bir hissəsi radiokarbon analizinə də məruz qalmış və bu tapıntıların V əsrin sonu - VI əsrin əvvəllərinə təsadüf etdiyini müəyyən edilmişdir. Qaratəpədəki qazıntılar erkən orta əsrlər dövründəki insanların kənd həyatını öyrənmək üçün ciddi bir addım oldu.
Konfrans başa çatdıqdan sonra təşkilatçılar və tədbir iştirakçıları öz fikir və təəssüratları ilə bölüşdülər.
Edmund HERTSİQ - Oksford Universitetinin Şərqşünasliq İnstitutunun professoru:
Azərbaycan olduqca zəngin tarixə və zəngin mədəniyyətə malikdir. Arxeoloji qazıntılar aparmaq üçün çox maraqlı məkanlar var. Möhtəşəm yazılı irs mövcuddur. İndiyədək xüsusilə də Qərbdə bütün bunlar çox az tanınıb və tədqiq olunub. Sözsüz ki, Qərbdən fərqli olaraq Sovet İttifaqında, o cümlədən Azərbaycanda buna daha çox diqqət ayrılıb. Mərkəzimizin məqsədlərindən biri də bununla bağlı işləri həyata keçirməyə çalışmaqdır və bu işlərə Qərbdən olan daha çox tələbə və elmi işçiləri həvəsləndirərək cəlb etmək, həm də onlara Azərbaycanda tədqiqat aparmağa köməklik göstərməkdir. Eyni zamanda insanların bir-biri ilə ünsiyyətdə olmasını təmin etmək çox böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanda aparılmış və hazırda aparılan, eləcə də Sovet dövründə həyata keçirilmiş tədqiqatlar barədə daha çox məlumat əldə etmək istəyirik və azərbaycanlı həmkarlarımızın Qərbdə işləyən alimlərlə daha sıx əlaqə saxlaya bilməsini arzulayırıq.
Prof. Nərgiz Paşayeva:
Bu, unikal bir layihə idi. Nəyə görə? Çünki Bərdədə aparılan qazıntı işlərini biz ilk dəfə idi ki, elmi səviyyədə və beynəlxalq mütəxəssislərin iştirakı və Oksford Universitetinin Nizami Gəncəvinin adını daşıyan, Azərbaycanı, Qafqazı, Orta Asiyanı öyrənən Mərkəzin tədqiqat və tədris prosesi kontekstində həyata keçirdik. İlk dəfə olaraq Qaratəpə ərazisində Bərdənin orta əsrlər və erkən orta əsrlər dövrü haqqında məlumatları əldə etdik. Bu işlər 2015-cü ildən başlamış və 2018-ci ilədək davam etmişdir. Yəni, burada 4 mövsüm işlər davam edib... Əslində layihənin ən böyük dəyəri ondadır ki, o, məhz Oksford Universitetinin Azərbaycanla bağlı bir tədqiqat layihəsidir və elmi maraqlarımızı ən yüksək səviyyədə təmsil edə biləcək bir layihədir.
Bəli, biz Bərdədə arxeoloji qazantıları həyata keçirdik və bu tədqiqatın nəticələri məhz Oksford Universiteti tərəfindən təqdim olundu... Bu kollokviumda Azərbaycan alimlərinin adı səsləndi və arxeologiya elminə töhfə verən insanların adı çəkilməsi belə bir müstəvidə böyük bir hadisədir. Əfsuslar olsun ki, alimlərimizin adları ingilis dilində dərc olunan və elm xadimləri haqqında məlumatlar verən elmi statuslu mənbələrdə yox idi... Azərbaycan arxeologiyasına, Azərbaycan tarixinə töhfə verən alimlərin adı burada səsləndi və əlbəttə ki, yazıldı və həmin o çıxışların protokolları və sənədlərində həmişəlik qalacaq. Bu da sevindirici haldır.
Pol Vordsvort - Oksford Universitetinin Doktoru, Bərdə Ekspedisıyasının rəhbəri:
Bizim Bərdədə qazıntılar zamanı aşkar etdiyimiz tapıntıların ən əhəmiyyətli hissəsi 11, 12 və 13-cü əsrlərə aiddir. Həmin dövrdə Azərbaycan ərazisində Eldənizlər dövləti hakimiyyətdə olub. Bizim aşkar etdiklərimiz Azərbaycan tarixində iqtisadi cəhətdən çox parlaq və siyasi cəhətdən mühüm bir dövrə aiddir. Biz İran və Anadoludan uzaq məsafəli ticarətin ticarət mərkəzi kimi Azərbaycanda cəmləşdiyini göstərən materiallar, eləcə də bu şəhərdə, həmçinin Gəncə və digər böyük şəhərlərdə ölkıənin mədəniyyət mərkəzi olduğuna dair faktlar aşkar etmişik... Biz Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələrini dərc etmək üçün bir naşirlə birgə işləyəcəyik. Biz qazıntıların nəticələrini, eləcə də Dövlət Muzeyində saxlanılacaq artefaktlarla bağlı mühüm məlumatları dərc edəcəyik. Bu kitab icmalları rus və Azərbaycan dillərində olmaqla, ingilis dilində də nəşr olunacaq.
Skott Redford - Londonun SOAS Universitetinin professoru:
Konfransın mövzusu Bərdə şəhərində aparılan qazıntılar olsa da, bütün orta əsrlər Azərbaycan ərazisinə baxılır. Əfsuslar olsun ki, Azərbaycanda olmamışam, ancaq ölkənizin çox zəngin tarixi olduğunu bilirəm. Çox maraqlı seramika, şüşə və metal əşyaları var ki, mən bunlarla əlaqədar konfransda təklif irəli sürdüm. Təklifim isə budur ki, orta əsrlər tarixinə aid toplanılmış materiallardan bəhs edən kitab tərtib edilsin və Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzi kitabı İngilis dilinə tərcümə etsin. Çünki biz Azərbaycanın Orta əsrlər tarixini öyrənmək istəyirik.
Nailə Vəlixanlı - Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik:
Azərbaycan alimləri təxminən 1920-ci ildən başlayaraq Azərbaycan şəhərlərini arxeoloji baxımından öyrənilməsi ilə məşğul olublar. Lakin xarici alimlər xüsusilə Qərbi Avropa alimləri tərəfindən Azərbaycan tarixinə olan bu böyük maraq Azərbaycanın dünyaya tanıdılması üçün ən gözəl vasitələrdən biridir....İngilis alimlərini Azərbaycanın tarixini təkcə arxeoloji cəhətdən deyil həmçinin Azərbaycanın tarixinin kimlər tərəfindən öyrənilməsi, Azərbaycan tarixçilərin öz tarixləri barədə hansı əsərlər yazması maraqlandırır..... onlar aparılan tədqiqatların nəticələrindən çox düzgün istifadə ediblər. Biz həm iqtisadi, həm siyasi məsələlər, burada əhalinin yerləşməsi, insanların buradakı vəziyyəti, sənətkarlıq, ticarət-nə istəyirsiniz var. Və hətta paleontoloqlar - elə məsələlər qoyulub ki, onların tariximizin açılması və işıqlandırılması baxımından çox maraqlıdır.
Mircavid Ağalarov - Bdu-nun Tarix fakültəsinin tələbəsi:
Bakı Dövlət Universitetinin tələbəsi olaraq Oksford Univeristetindən gələn mütəxəssislərlə birgə işləmək çox maraqlı idi. Orta əsrlər Bərdə tarixi çox da tədqiq olunmadığı üçün bu geniş miqyaslı tədqiqatda iştirak etmək böyük qürur hissi verir mənə. Həmin arxeoloji qazıntılarda iştirak etməyimin nəticəsi olaraq Oksford universitetində keçirilən konfransda iştirak etmək böyük uğurdur və buna görə çox şadam.
Trend /news.milli.az

Maraqlı     Baxılıb: 1666   Tarix: 03 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

turlar.az

sonxeber.az kosmetika mehsullari toy makiyaji sekilleri qadın geyimi qirmizi mercinin hazirlanmasi toyuqlar haqqinda mayalanma hakista xina sirniyatlar vetene aid bayatilar damla aysel rus dilini oyrenek 2ci ders