"Bozbaşh pictures"in Qılmanı: "Evliyəm, amma kənarda iki xanım saxlayıram"

"Bozbaşh pictures"in Qılmanı: "Evliyəm, amma kənarda iki xanım saxlayıram"Əsil adı İlkin Misgərlidir, amma insanlar onu Qılman doktor obrazıyla tanıyır və elə belə də müraciət edir. "Bozbaşh pictures"in Qılmanından söhbət gedir. Film təqdimatlarının birində onu söhbətə çəkdik.

Yeniçağ.az-a müsahibə verən aktyor şəxsi həyatıyla bağlı maraqlı etiraflar da etdi.

– Sizə çoxları Qılman deyə müraciət edir, bu sizin xoşunuza gəlir, yoxsa, əksinə, əsəbiləşdirir?

– Açığı əvvəllər xoşuma gəlirdi, amma indi artıq yaş keçib. Düşünürəm ki, elə öz adımla çağırsalar, daha yaxşı olar.

– Bayaqdan baxıram, səninlə şəkil çəkdirmək üçün qızlar növbəyə düzülüb… Heyranlarınız çoxdur deyəsən?

– Yox məndə o qədər də çox deyil. Komandada ən çox xanım heyranları olan Fəlakətlə Şirindir (gülür).

– Bəs Ağsaqqal?

– Hə, elə onda da çoxdur. Filmdə qoca olmağına baxmayın, həyatda cavan oğlandır.

– Sevilməynin sirri səncə, nədədir, şirin ləhcəylə danışmağında?

– Məncə yox, çünki ləhcə elədir ki, bu gün ləhcəylə danışa bilərəm, sabah ləhcəsiz. Düşünürəm ki, sevilməymin səbəbkarı az da olsa, istedadımdır.

– Bilirik ki, Azərbaycanın bütün bölgələrində sizi sevirlər. Bölgələrdə başınıza yəqin ki, maraqlı əhvalatlar çox gəlib. Bəlkə birini danışsan.

– Maraqlı əhvalatlar çox olub. Bizim üçgünlük-dördgünlük çəkilişlərimiz uzanır, bir həftəyə başa gəlib. Çünki bütün bölgə camaatı axışıb bizi görməyə gəlir. Bir hadisə danışım. Mənim canlandırdığım Qılmanın paltarı əyninə böyükdür axı. Bir yandan da bığı onu yaşından qat-qat böyük göstərir. Bir dəfə çəkiliş gedirdi. Gördük bir nəfər polislə mübahisə edir. Yaxınlaşdıq ki, nə məsələdir, dedi mən mərcə girmişəm, Qılmana sual verməliyəm. Dedim noolub, qayitdı ki, sənin doğrudan 65 yaşın var? Dedim ə, yox, nə 65? Rolda elə yaşlı görünürəm. Demə bir həmkəndlisi ilə mərcə giribmiş ki, Qılmanın 65 yaşı var.

– Tamaşaçıların daha çox hansı yaş təbəqəsinə məxsusdur?

– 60 faiz uşaq və gənclərdir. Birdə görürsən məni görən kimi qışqırırlar Qılman əmi. Onda əsəbiləşirəm. Tez-tez sual verirlər ki nöhün e, nöhün?Kılmanın ən çox işlətdiyi sözdür axı nöhün.

– Ləhcəylə danışmaq çətinlik yaradır sənə?

– Əlbəttə çətindir. Keçən il "Palata 106" filmində Şəki ləhcəysilə, ondan qabaq Salyan ləhcəsiylə danışdım.

– Xaraktercə necə birisən?

– Həyatda yumor hissim olsa da, çox ciddiyəm. Kütlə içinə düşəndə komplekslərim olur, sıxılıram.

– Bəs xarici görünüşünlə bağlı ən böyük kompleksin nədir?

– Saçımın tökülməsi məni çox kompleksə salır.

– Niyə bunu özünə dərd edirsən ki? Əkdirə bilərsən də…

– Hə, yazda əkdirməyi planlaşdırıram.

– Evlisən bildiyim qədər… Bəzi məşhurlar var ki, evli ola-ola özlərini subay oğlan kimi qələmə verirlər.

– Yox, mən efirdə də bunu gizlətmirəm. Bir qızım da var, evliyəm, amma qıraqda iki xanımla oturub-dururam. Bunu yazmayın ha, zarafat edirəm.

– Narahat olma, elə mən də zarafatla yazacam, sonra demə ha, demədi.

(Onunla birlikdə olan "Bozbaşh pictures"in rejissoru Rövşən də söhbətə müdaxilə edir. Yazın ki, evlidir, qıraqda da iki xanım saxlayır).

– İlkin sosial şəbəkədə barəndə nə yazırlar?

– Rolumla bağlı gülməli səhnələrimi yada salırlar, daha çox xoş sözlər yazırlar.

– Heç səni əsəbiləşdirənlər olur?

– Məni əsəbiləşdirmək olar, iki nəfər mühafizəçi ilə gəzirəm.

– Ciddi deyirsən?

– Zarafat edirəm, məni ən çox əsəbiləşdirən "Bozbaşh pictures"in rejissoru bax bu Rövşəndir(gülür).

Xəbərlər     Baxılıb: 2398   Tarix: 23 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

geyim və ayaqqabılar donlar 2026 toy makiyaji sekilleri zire yagi sac ucun 3 kq ziyafət dəbi hamiləlikdə axıntı kosmetika usaq geyimleri aybawi cekc pornuxa prostat gozellik