Brilliant Dadaşova: "Oğlum, kişilərin kiminsə arxasınca danışmasını qəbul etmir"
"Oğlum hər zaman məni qorumağa çalışır. Kişidir, sevgisini hər an bildirmir. Dəyişik xasiyyəti var. Kişilərin kiminsə arxasınca danışmasını qəbul etmir. Deyir, kişilər niyə xanımlarsız bir yerə yığışır? Dostları çağıranda getmir".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Şou ATV" verilişində deyib. Müğənni oğlu Cahaddan danışıb.
Dadaşova övladı ilə bağlı bir vaxtlar yayılan "Evlənib, uşağı olub" xəbərlərinə münasibət bildirib:
"Bir çoxları xətrimə dəydi. Oğlumla bağlı yalandan "evlənib" xəbərləri yaydılar. Oğlandır, universitetdə oxuyur, qızlarla şəkil çəkdirməsi normaldır. Bir oğlum var, onun toyu olacaq, heç kim bilməyəcək? Övladıma bir yox, dörd toy edəcəm. İnsanların taleyi ilə oynamaq olmaz.
Oğlum da pis olmuşdu, Bakıya zəng etdi ki, nə məsələdir? Yazdılar uşağı da var. Maqazin insanı deyiləm, olan şeyləri danışmalarını xoşlayıram". (Axşam.az)









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi