"Britaniya ştammı" Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz" - Hande Harmançı

"Britaniya ştammı" Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz" - Hande Harmançı"Hazırda Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin bunu unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitib."
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
"Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik," o qeyd edib.
Onun sözlərinə görə, koronavirusun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır:
"İlkin tədqiqatlara görə, "Britaniya ştammı"nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib. Hazırda onun yolxuculuğunun 50-70 faiz çox olduğu məlumdur. Lakin öldürücülüyünün artması barədə dəqiq nəticələr yoxdur".
Onun dediyinə görə, yeni ştamma indiyədək təxminən 50 ölkədə rast gəlinib.
"Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz. Lakin hər kəs nə edəcəyini, virusla mübarizədə nəyin faydalı olduğunu bilir. Çünki virus eyni virusdur," Harmancı qeyd edib.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılıb.
İkinci mərhələdə yaşı 50 və daha çox olub, ən azı bir xroniki xəstəliyi olanlar, tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və insanlarla sıx təmasda olan peşələrdə çalışanlar vaksinasiya olunacaq.
Rəsmi məlumatlara görə, ölkədə artıq səhiyyə işçilərinin 70 %-i vaksinasiyadan keçib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1493   Tarix: 02 fevral 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 makiyaj instagram mantılar qadın hüquqları infeksion xestelikler cinsi heyat kosmetika efsaneler novruz bayrami hakışdalar rus dili 2ci ders faydalı məsləhətlər