"Britaniya ştammı"nın uşaqlar üçün xüsusi təhlükəsi - Pediatr AÇIQLADI
Koronavirusun "Britaniya ştammı" uşaqlar, yeniyetmələr və 21 yaşına qədər gənclər üçün xüsusilə təhlükəlidir.
Milli.Az xəbər verir ki, bu barədə Slovakiyanın Baş pediatrı Yelena Propokova bildirib.
Həkimin sözlərinə görə, Slovakiyadakı xəstəxanalara COVID-19-un az başa düşülən, asimptomatik forması ilə müraciət edən pasiyentlərin sayı artmaqdadır.
Xəstəlik həmin pasiyentlərin bədənində səpkiyə, ağızın selikli qişasında iltihaba, ayaqlarda və əllərdə şişkinliyə səbəb olur.
Uşaqlarda fərdi xəstəlik halları koronavirusun ilk dalğasında belə aşkar edilib.
"Bu xəstəliyin COVID-19-dan sonrakı ağırlaşma olaraq ortaya çıxdığını təzəlikcə başa düşmüşük", - deyə pediatr bildirib.
Yerli həkimlərin təcrübəsindən də göründüyü kimi, əksər hallarda bu xəstəlik 5-6 yaşlı uşaqları əhatə edir, eyni zamanda, ona 20 yaşına çatmış şəxslərdə də oxşar simptomlarla rast gəlinir. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI