Britaniyalı həkim yuxusuzluğun təhlükəli nəticələrini açıqlayıb

Britaniyalı həkim yuxusuzluğun təhlükəli nəticələrini açıqlayıbBöyük Britaniyanın sağlam yuxu və qidalanma üzrə aparıcı mütəxəssisi doktor Qreq Potter yuxusuzluğun sağlamlıq üçün yarada biləcəyi fəsadlardan danışıb. O, yuxusuzluğun yaddaşı və beynin fəaliyyətini əhəmiyyətli dərəcədə pozduğu, şəkərli diabet, piylənmə və orqanizmdə bir sıra pozğunluqlara səbəb olduğu barədə xəbərdarlıq edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, britaniyalı həkim Yaponiyanın Oita Universitetinin alimləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsaslanaraq kifayət qədər yuxu almayan insanların piylənmədən 38% daha çox əziyyət çəkdiyini bildirib. Həmçinin o qeyd edib ki, yuxusuzluqdan əziyyət çəkməyən insanlarla müqayisədə yuxusuz qalan insanlarda şəkərli diabetə tutulma riski 37 faiz, hipertoniya riski 17 faiz və ürəyin işemik xəstəliyi riski 26 faiz çoxdur. Mütəxəssisin sözlərinə görə, yetkin insanın sutkada 7-9 saat yatması önəmlidir.
Həmçinin həkimin sadaladığı yuxusuzluq problemləri sırasında beynin fəaliyyətinin pisləşməsi və nəticədə diqqətin pozulması da vardır ki, onun sözlərinə görə, xroniki yuxusuzluq konsentrasiya qabiliyyətinə minimum dərəcədə alkoqol sərxoşluğu qədər təsir edir. Bundan əlavə, Potter immunitet sisteminin zəifləməsi ehtimalı barədə xəbərdarlıq edir ki, bu da respirator xəstəlikləri riskini artırır.
Bundan əlavə, həkim xroniki yuxu problemlərinin daha iki nəticəsinindən danışıb. Belə ki, yuxusuzluq  gün ərzində yorğunluğa və əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər ki, bu da mühüm qərarların qəbul edilməsini çətinləşdirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1100   Tarix: 01 may 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qadin sayti makiyaj instagram sac duzumleri xinayaxdi ucun bayatilar 2026 qadın ayaqqabı modelləri mantılar gözəl geyimlər kosmetika oyunlar paxlava qizlar zehmet ve zinet novruz bayramina aid hakista