Bronxial astmanın yaranmasında irsi amillərin rolu böyükdür

Bronxial astmanın yaranmasında irsi amillərin rolu böyükdürBronxial astma tənəffüs yollarının xronik iltihabi xəstəliyidir. Dünyada geniş yayılan həmin xəstəlik Azərbaycanda da insanları narahat edən bronx-ağciyər patologiyalarındandır. Dünyada bronxial astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə bu rəqəm, hətta 12-14 faizə bərabərdir. Aparılan araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir. Lakin həmin xəstəliyə uşaqlar arasında da tez-tez rast gəlinir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib. Onun sözlərinə görə, bronxial astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmayıb. Bir sıra genetik faktorların, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində bronxial astmanın yaranma ehtimalı arta bilər.
"Bronxial astmanın yaranmasında əsas risk amili irsi, yəni genetik meyllikdir. Bu, ətraf mühitdə olan və tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya törədən hissəciklərə və maddələrə qarşı orqanizmin təhrif olunmuş reaksiyasına irsi meylliyin olmasıdır. Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişafetmə riski yüksəkdir. Bundan əlavə, məişət və ətraf mühit allergenləri bronxial astmanın yaranmasının əsas səbəblərindəndir. Bunlara məişət tozu, həmçinin gənə, siçan ifrazatı, o cümlədən ev əşyalarında - xalça, yataq ləvazimatları, mebel və oyuncaqlarda olan tozlar, evin təmizlənməsi zamanı yaranan tozlar, heyvanların, xüsusilə it və pişik tükləri, həmçinin quş tükü, rütubətli yerlərdə olan göbələk sporları, qurd invaziyaları, bitki tozları, xüsusən də bitkilərin çiçəkləməsi dövründə, yəni aprel ayından sentyabra qədər havada bitki tozlarının konsentrasiyasının artması, tütün tüstüsü və s. aiddir.
Bununla yanaşı, əlverişsiz ətraf mühit amilləri - soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya küləkli hava bronxial astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla havanın çirklənməsi xəstəliyin simptomlarının əmələ gəlməsinə təsir edir. Yuxarı tənəffüs yollarının infeksiyaları, əsəb, qorxu və digər emosional vəziyyətlər, bəzi dərman vasitələrinin istifadəsi zamanı da bronxial astma yarana bilər", - deyə kafedra müdiri diqqətə çatdırıb.
Mütəxəssis bronxial astmanın əsas əlamətləri haqqında məlumat verərək deyib: "Öskürək tez-tez, əziyyətli və daimi xarakterli olur və gecələr və fiziki işdən, soyuq havanın təsirindən sonra arta bilir. Digər əlamət boğulma tutmalarıdır. Bu zaman bəzən xəstələr döş qəfəsinin sanki "sıxılması"ndan şikayət edir və tənəffüs o qədər məhdudlaşır ki, bu, nəfəs ala bilməmək qorxusu yaradır. Həmçinin bəlğəmin xaric edilməsinin çətinləşməsi, tənəffüs zamanı quru xırıltıların eşidilməsi və s. bronxial astmanın əlamətləri sırasındadır".
R.Bayramov bildirib ki, bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır. Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür. Əgər allergik simptomlar müşahidə olunursa, dəri-allergik testi və ya qanın müvafiq müayinələrinin aparılması tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə imkan verə bilər. Məsələn, allergiya mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə etmək və s. Bronxial astmanın müalicəsi üçün simptomatik və əsas preparatlardan istifadə olunur. Simptomatik preparatlar tənəffüs yollarını genişləndirir, spazmı aradan götürür, əsas preparatlar isə bronxlardakı iltihabi prosesi azaldır və tutmaların profilaktikası üçün istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1256   Tarix: 14 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid