Bu 4 məşhur qida sümüklərimizi məhv edir
Sağlamlıq üzrə mütəxəssislər hansı qidaların sümüklərə dağıdıcı təsir göstərdiyini açıqlayıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, siyahıda birinci yerdə spirtli içkilər olub. Alkoqolun qaraciyərə zərərli olduğu bilinsə də, kalsium, D vitamini və maqnezium kimi vacib qidaların orqanizm tərəfindən udulmasını da azalda bilər. Mütəxəssislər sümük sağlamlığına mənfi təsir göstərməmək üçün spirt istehlakını gündə bir içki ilə məhdudlaşdırmağı məsləhət görürlər.
Siyahıda ikinci olan kofeinin də sümüklərə mənfi təsiri var. Qəhvə, çay, soda və enerji içkilərində olan kofein kalsium itkisinə və udulmasının azalmasına səbəb ola bilər. Kofeinsiz içkilər seçmək və gündəlik kofein qəbuluna nəzarət etmək tövsiyə olunur ki, bu da 400 milliqramdan çox olmamalıdır.
Qazlı içkilərin, xüsusilə kolaların da sümük sağlamlığına zərər verdiyi, qadınlarda mineral sıxlığının azalması ilə əlaqəli olduğu sübut edilib. Təsiri dozadan asılıdır və elm adamları soda istehlakını məhdudlaşdırmağı məsləhət görürlər.
Qan təzyiqinə təsiri ilə tanınan duz da sümüklər üçün təhlükəyə çevrilib. 2018-ci ildə edilən bir araşdırma, həddindən artıq duz qəbulunun sümüklərdən kalsiumun itirilməsinə səbəb ola biləcəyini və osteoporoz riskini artırdığını göstərib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi