Bu 4 qida ömrünüzü qısaldır
Uzun və sağlam ömür arzusunda olanlara dünyaca məşhur sağlam həyat üzrə mütəxəssis Dan Buettner vacib xəbərdarlıq edib.
O bildirib ki, bəzi qidalar var ki, onları sadəcə azaltmaq yox, ümumiyyətlə mətbəxə buraxmaq olmaz. Buettnerin sözlərinə görə, emal olunmuş ətlər, şəkərli içkilər, cips və həddindən artıq şirin məhsullar sağlam həyat tərzinə ciddi zərbə vurur.
Mütəxəssis vurğulayıb ki:
- Emal olunmuş ətlər (kolbasa, sosis və s.) bağırsaq xərçəngi riskini artırır. Onların əvəzinə toyuq, yumurta və bitki mənşəli zülallar daha sağlam seçimdir.
- Şəkərli içkilər və sənaye istehsalı şirniyyatlar piylənmə və diabet təhlükəsini artırır.
- Cips və duzlu qəlyanaltılar ürək və böyrəkləri zəiflədir.
- Çox şirin məhsullar dərinin vaxtından əvvəl qocalmasına səbəb olur.
O, ailələrə tövsiyə edib ki, evdə təzə meyvələrə və şəkərsiz, təbii qəlyanaltılara üstünlük versinlər. Bu sadə addım uzun və sağlam ömür üçün əhəmiyyətli rol oynaya bilər.
İsmayıl
Milli.Az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi