Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq AÇIQLADI

Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq AÇIQLADI"Yumurta ehtiyatı ana olmaq istəyənlər üçün vacib bir meyardır. Stress bu ehtiyatların ən böyük düşmənidir! Stress hətta yumurta ehtiyatını azaldaraq qadınlarda sonsuzluğa gətirib çıxara bilər".
Publika.az xəbər verir ki, bu sözləri türkiyəli ginekoloq Kənan Çalışqan açıqlamasında deyib. O, bildirib ki, yumurta ehtiyatı yaş, ətraf mühit, genetik amillər və stress kimi bir çox amillərdən dolayı azalmağa başlayır:
"Ətraf mühit amilləri və stress çox vacibdir. Ətraf mühitdə kimyəvi maddələrin təsiri, həyat tərzi, GMO-lu qidalar qadının hamilə qalmasına birbaşa təsir göstərir. Yumurta ehtiyatları menopoz dövrünü təyin edir. Yumurta ehtiyatını qiymətləndirmək üçün qadının 15-45 yaş arasında olması nəzərə alınmalıdır. Qadının keçirdiyi əməliyyat, kimyəvi terapiya, radioterapiya, siqaret və ya alkoqol istifadəsi yaş faktoru ilə birlikdə ehtiyatın azalmasına təsir göstərir".
Ginekoloqun sözlərinə görə, testlərlə qadının təxminən nə qədər yumurta ehtiyatı qaldığını müəyyən etmək mümkündür: "15 yaşlı uşaq ilə 45 yaşlı qadının yumurtaları eyni deyil. 45 yaşdan sonra hamilə qalmaq şansı çox aşağı olur və menopoz dövrü başlayır. 35 yaşdan sonra haməlilik şansı xeyli azalmağa başlayır. Yaş ən vacib amildir. Getdikcə yumurtalar yox olur. Odur ki, yumurta ehtiyatı çox olmayan xəstələri mövcud yumurtalardan istifadə etmək üçün süni mayalanmaya yönəldirik. Bunun üçün də əvvəlcə xəstənin sonsuz olub-olmadığını müəyyənləşdirmək lazımdır. Sonsuz olan xəstə 35 yaşdan kiçikdirsə və bir il ərzində uşağı olmayıbsa, dərhal müalicəyə başlayırıq. 35 yaşdan yuxarıdırsa, gözləmirik, çünki yumurtalar azalmağa doğru gedir, odur ki, dərhal süni mayalanmaya başlayırıq".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2691   Tarix: 11 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

sade makiyaj sekilleri qadin sayti yay geyimləri 2026 gəlin qayınana milli geyimlər tük çıxartma mexmerek kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz hakiwda kahfe fali maraqli hakistalar oğlaq