"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR

Qurbanovlar nəslinin və Qusarın Həzrə kəndinin ilk şəhidi... Söhbət 16 gündür ki, nəşi düşmən tərəfdə qalan Çingiz Qurbanovdan gedir. Həmin vaxtdan Qurbanovlar ailəsi göz yaşlarını dindirmədən övladlarının cənazəsinin qaytarılacağı günü gözləyir.
Qadinsayti.az xəbər verir ki, qafqazinfo.az şəhidin ailəsinə baş çəkib. Sonucu dəfə övladlarını avqustun 14-də görmüşdü Qurbanovlar ailəsi. Həmin gün Gəncədə Çingizin andiçmə mərasimi keçirilirdi. Son olaraq Nailə ana övladının qoxusunu həmin gün içinə çəkmişdi. Növbəti onu görmə sevincini isə, yanvarda məzuniyyətə gələn günü yaşayacaqdılar. Amma 2016- cı ilin son ayı ailənin ocağına od düşür.

Dekabrın 29-da Çingizin şəhid olma xəbərini eşidən ailə üçün daha ağır məqam isə onun düşmən tərəfində itkin düşməsi oldu. İndi isə nəslin, kəndin ilk şəhid övladının nəşini istəyən ailə göz yaşlarını onun məzarı üzərində tökmək istəyir.

2012- ci ildən Çingizin universitetə daxil olmasına görə atası Salman Qurbanov rayonda işini atıb onunla birgə Bakıya gəlir. Bakıda Əhmədli qəsəbəsində kiçik bir ev tutub kirayə qalırlar. Atanın tək arzusu övladlarına təhsil vermək, onların diplomlarını əllərinə alıb işə girdikləri günü görmək olub. Elə Çingizin də ən böyük arzusu işləyib ailəni dolandırmaqda atasına kömək etmək olub. Amma Çingiz Qurbanov 4 il əziyyətlə oxuyub bitirdiyi universitetin diplomunu əlinə ala bilmir, bir erməni zabitini, iki əsgərini qətlə yetirib şəhid olur.
"Atasına həmişə deyirdi ki, mən əsgərdən qayıdıb gələcəm, işləyəcəm, sənə kömək edəcəm, birgə işləyib normal bir ev tutarıq. Bu arzusu balamıza qismət olmadı" – deyə bibisi söhbətə qoşulur.

Şəhid olma xəbərini eşidən gündən üç bibi də Bakıya gələrək kiçik, birotaqlı evdə Çingizin nəşini gözləyir.

"Qardaşım uşaqlarını kasıb şəraitdə böyüdüb, zəhmətilə gecələr işləyib, onları oxudub. 16 gündür bu evə gələn- gedənin sayını itirmişik. Bir tək Çingiz gəlmir. Gələnlərin çoxusunu heç tanımırıq da. Sağolsunlar, dərdimizə şərik çıxırlar. Amma heyif ki, bu günə kimi Qusar rayon hərbi komissarlığının rəhbəri qardaşıma zəng vurub başsağlığı verməyib. Axı Çingiz vətən uğrunda bu cür qəhrəmanlıqla şəhid olub" -deyə digər bibi söhbətə qoşulur.
Günlərdir göz yaşları gözündə quruyan ana isə bizimlə danışmaqda çətinlik çəkir. Oğlunun ağıllı, savadlı, gülərüz biri olduğunu deməklə kifayətlənir.

Ailənin digər yeganə övladı Beydulla Qurbanov da hazırda Texniki Universtitetdə oxuyur. Qardaşı ilə tək qardaş yox, həm də cani-qəlb dost olduğunu deyir: "Hamımız onun yolunu gözləyirdik".

Şəhid atası Salman Qurbanov bu müddət ərzində millət vəkilləri Qənirə Paşayevanın, Sədaqət Vəliyevanın, Aydın Mirzəzadənin, Aydın Hüseynovun onlara baş çəkdiyini deyir:

"Düşmən oğlumun nəşini qaytarmaq istəmir. Onlar öz çirkin məqsədləri üçün nəşi saxlayırlar. İnşallah tezliklə Çingizin cənazəsi qayıdar, düşmənlər istəklərinə nail olmazlar".

"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR

Xəbərlər     Baxılıb: 2095   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

həkim məsləhəti hamilelikde qidalanma geyim necə seçməli praktiki məsləhətlər şorbalar mayalanma saç kəsimləri kosmetika sekisler qizlar saglam qidalanma hakışdalar oxatan