Bu axşam kompüterlərinizi 5 dəqiqəlik söndürün
Bu gün saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsi baş tutacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bununla bağlı xəbərdarlıq edib.
Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.
"Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır.
Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb. Kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir.
Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhv kimi başa düşüb, öz fəaliyyətini dayandıra bilərlər"- deyə məlumatda vurğulanıb.
Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.
/Show.az/









Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Bu saatlarda çölə ÇIXMAYIN
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Aspirin xərçəng riskini azaldır?
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Koreyalı aktyorun cəsədi tapıldı
Sənin üçün o qədər darıxmışam ki
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ