Bu aylarda yetişən qarpızı yemək olar? - Həkim MƏSLƏHƏTİ

Bu aylarda yetişən qarpızı yemək olar? - Həkim MƏSLƏHƏTİ"İndi elə bir dövrdür ki, təbiətin bizə bəxş etdiyi nemətlərlə qidalanıb-qidalanmamaq barədə düşünməli oluruq. Son günlər bazar piştaxtalarına çıxarılan qarpız barədə də müxtəlif fikirlər var. Onun çox gübrə ilə yetişdirildiyi, geninin dəyişdirildiyi barədə fikirlər səslənir. Əlbəttə ki, bu gün yetişdirilən qarpızla əvvəlki qarpız arasında böyük fərq var, bunu danmaq olmaz".
Publika.az xəbər verir ki, bu sözləri həkim-fitoterapevt Füzuli Hüseynov açıqlamasında deyib.
"Təəssüf ki, yerli qarpız sortları indi çox az qalıb, əvvəllər yetişdirilən yerli qarpızların tumları çox və böyük olurdu. Qarpızı kəsəndə içində böyük damarların aydın görünməsi ona gübrələrin qədərindən artıq verilməsindən xəbər verir. Çox böyük qarpız almaqdan da çəkinmək lazımdır, çünki onu bir dəfəyə yemək problem yarada bilər. Yaxşı olar ki, qarpız az-az və tez-tez yeyilsin. Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən olan likopen qarpızın tərkibində pomidorda olduğundan iki dəfə çoxdur. Qarpız böyrək, qaraciyər və bağırsaq xovlarının əla təmizləyicisidir. Tərkibi A vitamini ilə zəngin olduğundan çox qarpız yeyənlərin dərisi parlaq olur, gözlər üçün faydalıdır, kalsium və kaliumla zəngin olduğuna görə sümükləri möhkəmlədir. Qarpızın tərkibində olan sitrulin maddəsi piyləri əridir, yüksəlmiş xolesterini aşağı salır, arıqlamaq istəyənlər üçün faydalı qida vasitəsidir. Orqanizmin ən çox ehtiyac duyduğu C vitamininə malik olduğundan immuniteti artırır, əzələ yorğunluğu və qıcolmaları aradan qaldırır. Lakin şəkərli diabet xəstələri qarpızla çox az miqdarda qidalanmalıdırlar", - deyə həkim bildirib.
Həkim-fitoterapevt daha çox iyul-avqust aylarında yetişən qarpıza üstünlük verməyi söyləyib: "Həmin aylarda yetişən məhsulda mineral və vitaminlər daha çox olur. Onun qabığı da çox qiymətli müalicə vasitəsidır. Qarpız qabığının içərisindəki ağ təbəqə kəsilib qurudulandan sonra qəhvəüyüdəndə üyüdülür, ağzı kip bağlanan qaba yığılaraq gündə üç dəfə yeməkdən 1 saat əvvəl bir çay qaşığı 1 stəkan su ilə içilməsi böyrək daşlarını əridir".

Sağlamlıq     Baxılıb: 2527   Tarix: 30 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

kosmetoloq qaşların formalari yay kolleksiyasi yaglarin faydasi xinayaxdi bayati makiyaj gözəl qadin kosmetika masturbasiya nedir haxista burcler haqqinda arxadan olmaq baliq