Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİR

Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİRBaş dərisinin nəmləndirilməsinin üz dərisinə qulluq qədər vacib olduğunu düşünmüsünüz? Axı saçların sağlamlığı məhz başdakı dərinin vəziyyətindən asılıdır. Əgər buna əhəmiyyət verməsəniz, saç tökülməsi və saç tellərinin qırılması da daxil olmaqla müxtəlif problemlərlə qarşılaşa bilərsiniz.
Milli.Az-ın məlumatına görə, rusiyalı trixoloq Sofiya Beyq bundan qaçmağın yollarından danışıb.
Onun sözlərinə görə, hər şey göründüyündən daha sadədir.
"Baş dərisinin nəmləndirilmə tezliyi onun vəziyyətindən asılıdır. Əgər o qurudursa, bunu sərtlik və qabıqlanma, həmçinin qaşınma və qızartıların yaranması ilə hiss edəcəksiniz", - deyə mütəxəssis izah edir.
Bununla belə, o, yağlı baş dərisinin də nəmləndirilməyə ehtiyacı olduğunu vurğulayıb.
"Əksinə, susuz qalmış dəri piy vəzilərini daha aktiv işləməyə məcbur edir, daha çox sebum istehsal edir ki, bu da saçların tez çirklənməsinə səbəb ola bilər".
Ekspertin sözlərinə görə, dehidratasiya zamanı saç follikullarının sağlamlığı pozulur, bu da öz növbəsində, onların qırılmasına və hətta saç tökülməsinə səbəb olur.
Belə problemlərlə qarşılaşmamaq üçün nə etməli? Burada bir neçə məsləhət var:
Şampunu dəyişdirin
Əgər baş dəriniz qurudursa, ilk addım sulfatlı şampunları daha yumşaq vasitələrlə əvəz etmək olacaq. Ən yaxşı seçim aloe vera kimi nəmləndirici komponentləri olan şampunlardır.
Xüsusi kondisioner istifadə edin
Yəqin ki, kondisioneri yalnız saçlara tətbiq etməyə artıq öyrəşmisiniz, lakin baş dərisi üçün nəzərdə tutulmuş məhsullar da var. Belə kondisionerlər saçları ağırlaşdırmadan dərini nəmləndirməyə kömək edəcək.
Serum istifadə edin
Əgər kondisionerdən sonra belə baş dərisi quru qalırsa, yuyulmayan serum tətbiq etməyi sınayın. O dərin nəmləndirmə təmin edəcək və qaşınma və qabıqlanmadan xilas edəcək. Əsas odur ki, nəmi cəlb edən hialuron turşusu olan vasitə axtarın.
Həftədə bir dəfə - baş dərisi üçün maska
Baş dərisi üçün maskalar quruma ilə mübarizənin güclü üsuludur. Onlar dərini qidalandırır və nəmləndirir, follikulların sağlamlığını yaxşılaşdırır. Maksimum effekt əldə etmək üçün maskanı həftədə 1-2 dəfə istifadə edin.
Vaxtaşırı skrab istifadə edin
Kəpəkləndirmə ölü hüceyrələri və nəmləndirici vasitələrin dəriyə nüfuz etməsinə mane olan çirklərin qalıqlarını təmizləməyə kömək edir. Lakin ehtiyatlı olun: skrabın həddindən artıq tez-tez istifadəsi problemi daha da ağırlaşdıra bilər. Yumşaq skrablardan istifadə edin və nəmləndirici vasitələri unutmayın. /Oxu.Az
Milli.Az

Xəbərlər     Baxılıb: 1098   Tarix: 25 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gözəllik məhsulları geyim seçimi geyim necə seçməli cantalar 2026 qan qruplari bəxtiyar vahabzadə ana şeiri dəri və saç kosmetika intim munasibetler dolca burclerin uyumu zəhmət tərəzi bürcü