Bu bitki qəbizliyi müalicə edir. RESEPT
Murdarça bitkisi qədim zamanlardan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Murdarça ağacının qabığı qəbizlik zamanı çox yaxşı təsir edir - bağırsaqların fəaliyyətini gücləndirir. Hətta ağır xroniki qəbizlik zamanı murdarça qabığı insana yaxşı kömək edir. Bitki çox yumşaq təsir edir, bağırsaqların selikli qişasını qıcıqlandırmır.
Qəbizliklə mübarizə aparmaq üçün resept:
- 1 xörək qaşığı murdarça qabığı üzərinə 1 stəkan qaynar su tökün. 15 dəqiqə ərzində su hamamında qızdırın, süzün və qabıqları yaxşı sıxın. Alınan dəmləməni 1/2 stəkan olmaqla axşam yatmazdan əvvəl için. Adətən 8-10 saatdan sonra bu vasitə lazım olan təsir göstərir.
Çox ağır xroniki qəbizlik zamanı dəmləməni gündə 2 dəfə səhər və axşam 1/2 olmaqla qəbul edirlər.
Müalicə müddəti - 7 gün.
Bütün digər qəbizliyi müalicə edən vasitələr kimi bu vasitə də alışma yaradır və daha sonra təsir etmir və ya çox gec təsir edir. Bu səbəbdən qəbizlik zamanı murdarça qabığını digər vasitələrlə növbələşmək lazımdır.
Həmçinin murdarça qabığı sağlam insanlarda bağırsaqların və bütün orqanizmin təmizlənməsi məqsədi ilə istifadə oluna bilər.
Murdarça qabığı sidikqovucu təsir edir, böyrəklərdən və sidik yollarından duzları xaric edir, ödemləri azaldır, dəri xəstəlikləri (ekzema, çiban və s.), babasil, anal çatları (oturaq vannaları şəklində) zamanı istifadə oluna bilər.
Saglamolun.Az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür