Bu bürclər birləşsələr dünyaya sahib olarlar

Bu bürclər birləşsələr dünyaya sahib olarlarBürclərlə yatıb bürclərlə qalxmasanız belə, yeni biriylə tanış olduqda və onun bürcünü öyrəndikdə, bürc uyumunuzla əlaqədar kiçik bir araşdırma etdiyinizi bilirik; heç boşuna inkar etməyin, çünki bəzi insanlar həqiqətən bir-birləri üçün yaradılırlar.
Əlbəttə bu insanların uyğunlaşmasını, yalnız bürcləriylə açıqlaya bilmərik, amma əminik ki, ən yaxşı yola getdiklərini düşündüyümüz bu bürcləri görəndə, siz də bu söylədiklərimizlə razılaşacaqsınız.
Publika.az- təqdimatında aşağıda, yolları kəsişsə həqiqətən möhtəşəm ikili ola biləcək və istəsələr dünyanı ələ keçirə biləcək bəzi bürcləri görəcəksiniz. Bunları hər bürcün qadın və kişini üçün açıqlamadıq, amma bürclər arasında uyğunlaşmaları ən diqqətə çarpan olanları sizin üçün seçdik.

1. Daha təmiz bir dünya üçün birlikdə olmalı buğa qadını – qız kişisi
Səbirli, sədaqətə əhəmiyyət verən, lüks düşkünü, vasvası buğa qadını; qız bürcü kişisini gördüyü yerdə tanıyar. Qız kişisinin vasvası görünüşü onun diqqətini çəkən ilk şey olacaqdır. Bu iki bürc insanı həqiqətən yaxşı yola gedirlər.
Buğa qadını sakit bir həftəsonu keçirmək istədiyində qız bürcü kişisi də eynisini istəyir, çünki çox vaxt bir-birlərindən xəbərsiz eyni şeyi hiss edirlər. İki bürcün də ən diqqətə çarpan xüsusiyyəti təmizkarlıqlarıdır. Bir yerlərdə tərtəmiz geyinmiş təravət qoxan bir cütlük görəndə bilin ki, bunlar buğa qadını – qız kişisidir. :)

2. Bir – birlərini görəndə dəyənəklərini gizlədən buğa kişisi – oxatan qadını
Buğa kişisini anlamaq üçün, ilk əvvəl buğa qadının tam tərsi xüsusiyyətlərini bilmək lazımdır. Buğa qadını nə qədər sevdiyinə sadiqdirsə, buğa kişisi o qədər məhrumdur sədaqətdən. Yerində dayana bilməzlər. Bu səbəbdən onun imtahanı oxatan qadınıdır. :) Özündən daha hərəkətli, oxatan qadınını görən buğa kişisi dəyənəklərini dərhal arxasına gizlədib, sanki pişiyə çevriləcəkdir.

3. Sıfır macəra ilə keçən bir həyatın baş rollarını paylaşan oğlaq kişisi – buğa qadını
Oğlaq kişisi ilə buğa qadınını bir arada tutan şey ortaq zövqləri və həyata qarşı dünyagörüşləridir. Bu iki insan ümumiyyətlə eyni şeyi düşünürlər. Birlikdəykən çox əylənirlər, amma kənardan baxılanda ikisi də çox durğun görünür, buna görə onların çox darıxdırıcı bir cütlük olduğunu düşünə bilərsiniz, amma bilin ki, həqiqətən yanılırsınız. :)

4. Bir – birlərinə bir ömür aşiq qala biləcək şir kişisi – əqrəb qadını
Şir kişisi xüsusi zövqlərə sahibliyi, vasvasılığı, nizamlı bir həyatdan xoşlanmağı, güclü xarakteriylə cəmiyyət içində diqqət çəkən biridir. Buna görə qarşısında ancaq onun kimi güclü və cazibədar bir qadın dayana bilər.
Əqrəb qadını, özünə xas və sarsılmaz şəxsiyyətiylə ona olduqca cazibədar gələcəkdir. İki tərəf də öz qaydalarından imtina etmədiyindən, onların fırtınalı bir münasibətləri olur amma bir-birlərinə bir ömür aşiq qalacaqları da mübahisə oluna bilməz..

5. Bir – birlərindən başqa anlayanları olmayan əkizlər qadını – tərəzi kişisi
Əkizlər qadını yaxşı bir dost, çətin bir sevgilidir. Duyğuları çox tez dəyişər və hər şeydən çox tez sıxılar, ancaq tərəzi kişisi, eyni tarazsızlıqla qarşısında durduğu üçün, ondan sıxılması mümkün olmayacaqdır. Tərəzi kişisi sayəsində əslində hər gün yeni bir insanla tanış olacaqdır. :) Bu ikili birlikdəykən başqaları üçün dözülməz ola bilər, diqqət edin.

6. İçlərindəki sevgiylə dünyanı xilas edə biləcək balıq qadını – xərçəng kişisi
Xəyalpərəst balıq qadınının xəyallarını reallaşdıracaq kişi, xərçəng bürcləridir, çünki xərçəng kişisi sevdiyi qadın üçün hər şeyi etməyə hazırdır. İkisi də ev həyatını çox sevən, sevgi dolu insanlardır. Bu ikili birlikdə olduqda, dünyanı həqiqətən sevgiləriylə xilas edə bilərlər.

7. Birlikdə səyahət etməyi sevən dolça kişisi – oxatan qadını
Azadlığına düşkün və sərhəd tanımaz dolça kişisi, özü kimi azad bir ruha sahib olan oxatan qadınıyla çox yaxşı anlaşır- amma ona meydan oxumadığı müddətcə… İkisi də bir-birlərinin azadlığını qısıtlamadan möhtəşəm bir əlaqə yaşaya bilərlər. Evlənməmək, ortaq aldıqları bir qərardır onlar üçün.. çünki onlar evlilik işlərinə xərcləyəcəkləri pulu, bir yerlərə səyahət etmək üçün xərcləməyi seçərlər. :)

8. Bizə bizdən başqa dost olmaz deyən qoç qadını – qoç kişisi
Birlikdə olduqları zaman enerjiləriylə hər kəsin diqqətini çəkəcək cütlükdürlər. Bir -birlərinin şəxsiyyət xüsusiyyətlərini çox yaxşı anlayar və buna görə də bir-birlərinə çox hörmət göstərərlər. Həyəcanın heç azalmadığı əlaqələriylə də hər kəsə nümunə ola bilərlər.
bildirchin.az

Maraqlı     Baxılıb: 6717   Tarix: 30 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

turlar.az

yemek reseptleri yay kolleksiyasi makiyaj instagram janrlar sizanaqlara qarsi vasite aylıq bürclər gözəllik kosmetika vətənə aid atalar sözləri qoğalın nağlı qadin saglamlig zencefil zehmet ve zinet