Bu da Elariz Məmmədoğlunun yaraşıqlı oğlu - FOTO/VİDEO

Bu da Elariz Məmmədoğlunun yaraşıqlı oğlu - FOTO/VİDEOCanlı ifa etməyi bacaran müğənni üçün mütləq yatmaq lazımdır ki, səs telləri sözünə baxsın. Süd içməlisən, yumurtanın sarısını içməlisən, başqa prosedurlarda var, onlar edilməlidir ki, oxuya biləsən. Bunu canlı ifa oxuyanlar etməlidirlər. Fonoqram oxuyanlar üçün bunların heç bir mənası yoxdur. Fonoqram öz işini görür

Xanim.az xəbər verir ki, bu sözləri "ARB Ulduz"un "Şou məkan" proqramına açıqlaması zamanı müğənni Elariz Məmmədoğlu deyib.

Elarizin oğlu evlənmə məsələsini valideynlərinin öhdəsinə buraxsa da, müğənni evlilik üçün hələ tez olduğunu diqqətə çatdırdı:

"Oğlum hələ təhsil alır, anası da çox üstünə gedir ki, evlən. O da anasıyla mənim üstümə atıb ki, siz qız tapın, evlənim. Mən də öz işimlə məşğulam. Görək nə olur. 24 yaşı tamam oldu, 25-ə keçdi. Mənə elə gəlir ki, 28 yaşa kimi hələ vaxtı var. 28 yaşdan o yana artıq gecikmə olur. Mən 23 yaşında evlənmişəm. Peşman da deyiləm. O yaşda evlənəndə bir az çətinliklər olur. Özünü tutmamış görürsən ki, özün boyda uşaqların var. Bir az çətindir, amma yaxşıdır. Nəvələr də tez olur".

- Elariz, oğlunuz Türkiyədə təhsil alır. Əgər seçimi özü edib elə ordan bir qızı qoluna vurub gətirsə, bəs necə olacaq?

"Gəlin Türkiyə türkü də ola bilər, dünyanın başqa bir yerində yaşayan türk də ola bilər. Əsas odur ki, ailəmizə uyğun olsun. Bizi başa düşən bir insan olmalıdır".

Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şayiələrə önəm vermədiyini söylədi:

"Əslində, axır illər yayılan hansı şayiə olur olsun, vecimə deyil. Toy mövsümü qabağı gah deyirlər, səsi batıb, gah deyirlər, bizneslə məşğuldur, gah deyirlər hardasa hansısa bir xanımla "tutublar". Hər dəfə nə isə şayiə olur. Bu da ki toylarımın sayını azaltmaq üçündür".

Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var:

"Anti-reklam edən bir-iki nəfər var. Kim olduqlarını da bilirəm. Sadəcə, mən adlarını çəksəm, müxbirlər onların üstünə qaçacaq, onlar da "yox elə bir şey yoxdur", deyib, bir az da reklam olunacaqlar. Mənim ayağımın altını qazan insanlar məni görəndə bir üstümə qaçırlar, bir öpürlər... mən də onlara öz xoş sözlərimi deyirəm. Hətta elələri var ki, deyirlər, gəl bir gün oturaq yeyək-içək. Mən də deyirəm yaxşı... Ancaq onlarda bilir ki, bu, olası vəd deyil".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2173   Tarix: 16 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

turlar.az

yay geyimləri 2026 gelinlikler qadin sayti xina haqqinda melumat moda konservləşdirilmiş məhsullar məmməd ismayıl kosmetika balıq novruz bayrami maskalar novruz hakista qiz adlari