Bu dəri problemi ən çox qadınlarda yaranır- Dermatoloqdan XƏBƏRDARLIQ!

Bu dəri problemi ən çox qadınlarda yaranır- Dermatoloqdan XƏBƏRDARLIQ!Yaz-yay aylarında yaranan ən çox dəri problemlərindən biri də Günəş ləkələridir. Bu ləkələr soyuq aylarda itsə də, Günəşli günlərdə yenidən üzə çıxır və daha çox narahatlıq doğurur.
Dermatoloq, uzman həkim Firayya Məmmədova bildirib ki, bu ləkələrə ən çox qadınlarda rast gəlinir. Dermatoloqun sözlərinə görə, qadınlarda üzdə yaranan ləkələr adətən ya Günəşin təsirindən yaranır, ya da hamiləliklə bağlı ortaya çıxır: "Ən çox qadınlar üzdə olan ləkələrə görə müraciət edir, bunlar da ya Günəş ləkələri olur, ya da hamiləlikıə bağlı ortaya çıxır".
Mütəxəssis bildirib ki, bədəndə melanin piqmentinin artması və ya azalması nəticəsində dəridə tünd və açıq rəngli ləkələr yaranır. Bu ləkələr mütləq dermatoloq tərəfinfən müayinə olunmalıdır. Ləkələr dermaskopla və ya başqa müayinə cihazları ilə nəzərdən keçirilməlidir. Xəstənin yaşına, yanaşı gedən xəstəliklərinə uyğun olaraq qan müayinələri də aparıla bilər. Bu ləkələr ən çox alında, gicgahda, burunun ətrafında və ya üzərində olur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, müayinədən sonra ləkələrin dermal və ya epidermal olduğu müəyyən olunur. Yəni dərin, yoxsa daha dayaz olmasına uyğun olaraq müalicə təyin edilir. Bu, iynə, dərman müalicəsi də olur, sadəcə, kremlə də kifayətlənmək mümkündür.
Onun sözlərinə görə, açıq rəngli ləkələr-hiperpiqmentasiyaya isə ən çox uşaqlarda rast gəlinir. Həmçinin melanin piqmentinin bəzi dəri nahiyələrində itməsi ilə ortaya çıxan açıq dəri ləkələri isə ən çox stress nəticəsində ortaya çıxır. Bu hallarda da müayinəyə uyğun olaraq müalicə təyin olunur.
Mütəxəssis həm açıq, həm də tünd ləkələrə qarşı atılacaq ən vacib addımın Günəş qoruyuculardan istifadə etmək olduğunu vurğulayıb. F. Məmmədova bildirib ki, qoruyucu krem seçərkən SPF 50 faktorlu kremlər yetərli sayılır: "Faktoru 50-dən yüksək olanlar isə artıq dünyada qəbul olunmur. Dermatoloqlar Dərnəyi hesab edir ki, faktorun 50-dən yüksək olması, məsələn, 80 olması piar məqsədlidir. Günəş kremlərinin hər iki saatdan bir çəkilməsi məqsədəuyğundur. Amma dəridə ləkə varsa, mütləq həkimə müraciət olunmalıdır. Növünə uyğun olaraq da müalicə təyin olunur. Daha çox şübhə olarsa hətta dəridən kiçik hissəciklər də götürülə, biopsiyaya göndərilə bilər".
Bədəndə rast gəlinən ləkələrə gəlincə, dermatoloq bunun daha çox çillər, dərinin xoşxassəli ləkələri ola biləcəyini açıqlayıb. Eləcə də ləkələr dərinin bədxassəli şişi də ola bilər. Onun sözlərinə görə, dərinin melanin piqmenti ilə bağlı zədələnmiş bir yerində və ya yanıq bölgələrində bədxassəli dəri xərçənginin artma ehtimalı var. Ona görə dərisində zədə, yanıq olanların Günəşdən daha çox qorunmaları vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1245   Tarix: 23 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

kosmetik vasiteler geyim necə seçməli qadın geyimi tort reseptləri normal yuxu praktik məsləhətlər moruğun faydasi kosmetika novruz bayrami hakisda xanım az baldiza aid rus dilin nece orenek webnem tovuzlu