Bu dərmanla ömrünüzü uzada bilərsiniz - Həkimlər
Maks Plank adına Yaşlanma Biologiyası İnstitutunun alman alimləri "Rapamisin" adlı dərmanı tədqiq edərək, düzgün istifadə edildiyi təqdirdə ömrü uzata biləcəyini bildiriblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər 50 ildən çoxdur ki, orqanların imtina edilməsinin qarşısını almaq üçün immunosupressantdan istifadə edirlər.
O, meyvə milçəklərinə, qurdlara və siçanlara öz "cavanlaşdırıcı" təsirini göstərib. Məlum olub ki, "Rapamisin"in həyatın ilk günlərində milçəklərə yeridilməsi dərmanın ömürlük istifadəsi qədər effektlidir.
Lakin onun sonrakı həyatda istifadəsi o qədər də təsirli deyil. Və çox gec yaşda "Rapamisin"in istifadəsi heç bir nəticə vermir.
"Nəticələrimiz göstərir ki, gənclik dövründə "Rapamisin"in qısamüddətli istifadəsi gözlənilən ömür müddətini əhəmiyyətli dərəcədə artıra bilər. Əlbəttə, indiyədək aparılan təcrübələr meyvə milçəklərinin və siçanların tədqiqinə yönəlib, lakin gələcəkdə bu tədqiqatın nəticələri insanlar üçün də tətbiq oluna bilər", - ekspertlər bildirib.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu