Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura

Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura"Bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. Və o valyutanı qorumaq üçün pul lazımdır".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
Nuranın sözlərinə görə, gözəl görünmək üçün xeyli vəsait tələb olunur:
"Bu günümüzün reallığında bir çox xanım sevilmək üçün standartlara uyğun görünməyə çalışır. Standartlara uyğun, baxımlı görünmək üçün isə xarici görünüşünə pul xərcləməlidir. Saç boyası, üz baxımı, kiprik qaynağı, qaş tatusu, gel dırnaqlar, hər gün dəyişən dəbə uyğun görünmək üçün müxtəlif prosedurlar, hətta plastik əməliyyatlar və sair. Bu, çox vaxt sistemin qadına dolayı yolla diktə etdiyi yaşamaq strategiyasıdır. Çünki bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. Və o valyutanı qorumaq üçün pul lazımdır".
Sənətçi bildirib ki, qadınlar kişilərə gözəl görünmək üçün bir çox psrosedurlara pul xərcləməli olur:
"Problem ondadır ki, bu standartları yaradan da, böyüdən də elə cəmiyyətin özüdür. Kişilərin zövqü də illərlə süni şəkildə bu "ideal görünüşə" uyğun formalaşdırılıb. Bəyəndikləri qadın tipi reklamlarla, sosial şəbəkələrlə, filtr və vizual manipulyasiyalarla onların gözünə yeridilib. Qadın isə sevilmək və seçilmək üçün bu oyunun qaydalarına uyğunlaşmağa məcbur qalır, bütün bu prosedurlara külli miqdarda və davamlı şəkildə pul xərcləyirlər.
Beləliklə, zəncirvari bir vəziyyət yaranır: sevilmək üçün gözəl görünmək lazımdır, gözəl görünmək üçün isə pul. Bu günün dəb standartlarına uyğun yaşamaq və görünmək üçün lazım olan vəsaiti qazanmaq isə çox çətindir. 
Bu səbəbdən bir çox xanımın imkanlı kişi ilə ailə qurmaq, sevgili və ya məşuqə olmaq istəyi də bəzən məhz bu reallığın içindən yaranır.
Bu sistemin qadınları necə bir seçim qarşısında qoyduğu açıq-aydın görünür. Kimdir günahkar, indi özünüz düşünün".
Aysel

Şou Biznes     Baxılıb: 1143   Tarix: 26 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

turlar.az

donlar 2026 qadın geyimi gözəllik məhsulları içki reseptləri qarazire faydalari körpə və ona qulluq kətə kosmetika ikizler opusme haxista vətən haqqında atalar sözləri damla