Bu əlamətlər sizdə də varsa, diqqət edin

Bu əlamətlər sizdə də varsa, diqqət edinCəmiyyət arasında kifayət qədər yayılmış olmasına baxmayaraq, çox vaxt fərq edilməyən hipertoniya, yəni yüksək qan təzyiqi, mütəxəssislərə görə səssiz irəliləyən ən təhlükəli sağlamlıq problemlərindən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik illərlə heç bir əlamət vermədən ürək, böyrək və beyin kimi həyati orqanlara ciddi zərər verə bilər.
Milli.Az xəbər verir ki, kardiyologiya üzrə mütəxəssis Dos. Dr. Mehmet Kaplan yüksək qan təzyiqinin adətən gizli şəkildə irəlilədiyini vurğulayaraq belə deyib:
"Hipertoniya çox vaxt əlamətsiz irəliləyir. Lakin bəzi xəstələrdə baş ağrısı, başgicəllənmə, ürək döyüntüsü, yorğunluq və ya burun qanaması kimi şikayətlər ilə özünü göstərə bilər. Bu əlamətlər gözardı edilərsə, ürək tutması, insult və ya böyrək çatışmazlığı kimi ciddi nəticələrlə qarşılaşmaq mümkündür".
Mütəxəssislər bildirirlər ki, başgicəllənmə, baş ağrısı və ürək döyüntüsü kimi gündəlik həyatda tez-tez rast gəlinən şikayətlər əslində yüksək qan təzyiqinin erkən siqnalları ola bilər. Bu səbəbdən qan təzyiqinin mütəmadi ölçülməsi böyük əhəmiyyət daşıyır. Əvvəllər əsasən yaşlılarda rast gəlinən hipertoniya, bu gün gənc nəsildə də sürətlə artmaqdadır. Dos. Dr. Kaplan qeyd edir ki, bu vəziyyət birbaşa müasir həyatın gətirdiyi stress, düzgün qidalanmama və hərəkətsizliklə əlaqəlidir:
"Artıq 30 yaşlı fərdlərdə belə yüksək qan təzyiqi ilə qarşılaşa bilirik. Buna görə də sağlam qidalanma, mütəmadi idman və duz qəbulunun azaldılması hipertoniya nəzarətində ən təsirli tədbirlərdən biridir".
Dos. Dr. Kaplan əlavə edib ki, hipertoniya nəzarət altına alınabilən bir xəstəlikdir: "Yüksək qan təzyiqindən qorxmayın, gecikməkdən qorxun. Erkən diaqnoz və şüurlu həyat tərzi sayəsində hipertoniya zərərlərini minimuma endirmək mümkündür".
Milli.Az

Xəbərlər     Baxılıb: 1213   Tarix: 01 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri hamileliyin ilk elameti pehriz xiyar turşusunun hazırlanması qadin.az kosmetika suni mayalanma novruz hakistalari novruz bayramina aid hakistalar ağır itki vətən haqqında bayatılar