Bu Erməni qadın Zəhranın məzarına gəldi və görün nə etdi?! - FOTO

"Ermənistan-Azərbaycan Sülh Platformasına" qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər edib. Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin səbəbi ilə vətəninə qayıda bilməyib.

Xanim.az apa-ya istinadən xəbər verir ki, Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzrını ziyarət edib. Daha sonra onun şəxsiyyətini formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovunda məzarlarını ziyarət edib.

Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələri ilə bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas olduğundan bəhs etdi. Oksana Altunyan qeyd etdi ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanlar üçün doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.

Oksana Altunyan, həmçinin "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın ofisinə baş çəkdi. Görüş zamanı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri, Sülh Platformasının üzvü Dilarə Əfəndiyeva və Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev iştirak edirdilər. Görüş zamanı Oksana Altunyan iki qonşu ölkə arasında sülh mümkün və qaçılmaz olduğunu, lakin bu xalqların arasında etimadın bərpası üçün əlavə səylərin görülməsinin vacibliyini qeyd edərək, bu prosesdə Ermənistan-Azərbaycan Sülh Platformasının xüsusi rolunun və missiyasının olduğunu bildirdi.

Əvəz Həsənov da öz növbəsində Ermənistan və Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində verdiyi töhvələrdən və təcrübədən danışdı. Konfliktoloq öz növbəsində Kazan danışıqlarının uğursuzluğundan sonra artmaqda olan gərginliyin və bu gərginliyin keçən ilin aprelindən bəri aydın şəkildə özünü faciəvi şəkildə göstərməsi, bir daha iki xalq arasında sülhquruculuğu işinin güclənməsinin vacibliyini qeyd etdi.

Dilarə Əfəndiyeva isə yerli və beynəlxalq sülhquruculuq təşəbbüslərindən danışaraq iki xalq arasında etimadın güclənməsi və münasibətlərin normallaşması üçün sadə insanların mütəmadi olaraq dialoqunun vacibliyini bildirdi.

Orxan Nəbiyev isə hər iki cəmiyyətlərdə sülh üçün sosial sifarişin mövcudluğunu qeyd etdi - heç kəs istəmir ki, onun yaxını cəbhədə həlak olsun. Bu sosial sifariş bu cür sülhquruculuğu layihələri ilə güclənir. Bu səbəbdən də münaqişə tərəflərinin hakimiyyətləri bu sosial sifarişə diqqət yetirməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunması məqsədi ilə danışıqlar prosesini sürətləndirməlidirlər.

Növbəti gün "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunnun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət etdilər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib. Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb,

"Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi məndə Azərbaycanlılar və Ermənilər arasında sülühün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır".

Həmçinin, Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxanın işçi heyyətinə öz təşəkkürünü bildirib.

Oksana Altunyan onu bürüyən hisslər haqqında danışdı. 30 ildə Bakının daha da gözəlləşdiyinu qeyd edən Altunyan, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hislərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğuladı.

Oksana Altunyan yaradılan bu fürsəti ona yaratdıqları üçün "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın üzvlərinə öz dərin minnətdarlığını bildirdi.
Bu Erməni qadın Zəhranın məzarına gəldi və görün nə etdi?! - FOTOBu Erməni qadın Zəhranın məzarına gəldi və görün nə etdi?! - FOTOBu Erməni qadın Zəhranın məzarına gəldi və görün nə etdi?! - FOTOBu Erməni qadın Zəhranın məzarına gəldi və görün nə etdi?! - FOTO

Xəbərlər     Baxılıb: 3905   Tarix: 14 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

donlar 2026 gözəllik məhsulları sade makiyaj sekilleri dostluq haqqında atalar sözləri parket döşəmələr baliq qulagi yeni dogulmus korpeye lazim olan esyalar kosmetika sevda englishdilində qulaq toy gecesi novruz olumu