Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQSon 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı sanitar normadan artıqdır. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

Əlverişsiz meteoroloji şəraitlə bağlı bu gün də atmosfer havasında tozun miqdarının bir qədər artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Publika.az-a açıqlamasında bildirib ki, bu gün axşam saatlarında Ərəbistanla yanaşı Türkmənistandan da tozlu hava ölkə ərazisinə daxil olacaq: "Bunun gecə saatlarına təsadüf etməsi yaxşı haldır. Çünki həmin saatlarda insanlar küçədə daha az olurlar. Tozlu havanın müşahidə edilməsi cənub, cənub-şərq küləklərinin daxil olması ilə bağlıdır. Bu axşam və sabah gündüz saatlarında da tozlu hava davam edəcək. Ayın 16-dan bu hava axını üzərimizdən keçəcək, hava daha təmiz olacaq".

M.Avazova bu gün səhər saatlarından aparılan monitorinqlərin nəticələrinə əsasən, atmosfer havasında tozun miqdarı normadan çox olduğunu deyib: "Bu tozlu hava ətraf mühitə çox təsir etmir. Lakin nəfəs yollarında problemi olanlar yaxşı olar ki, bu günlərdə qapalı məkanda olsunlar. Çünki açıq havada olmaq onlar üçün discomfort hissi yarada bilər. Həmin tozun tərkibi araşdırılıb, sağlamlıq üçün zərərli maddə aşkarlanmayıb. Bu təbii, torpaq mənşəli tozdur. Bu hallar əsasən yaz və payız aylarında müşahidə edilir. Bəzən heç qeydə alınmır. Proses meteoroloji şəraitlə bağlıdır. Artıq bir həftədir cənub küləklərinin ölkə ərazisində hökmran olması səbəbindən belə hal qeydə alınıb. Hazırda bu hal Bakı, Abşeron yarımadası və Sumqayıt ərazisində müşahidə edilir".

Pulmunoloq Əlizamin Sadıqov son günlər bronxial astma, xroniki ağciyər xəstələrinin müraciətində artım qeydə alıdıqlarını dedi: "Lakin bu kəskin respirator virus xəstəlikləri ilə bağlıdır. Çünki yanvar, fevral aylarında bu xəstəliklər pik həddə olur. Onun davamında allergik xəstəliklərin birdən-birə kəskinləşməsi baş verir. Ona görə də bu günlərdə astma xəstələrinin müraciətində kifayət qədər artım var".

Pulmunoloq tozlu havada təkcə astma deyil, bütün xroniki respirator xəstəliklərindən əziyyət çəkənlər üçün ciddi risk faktoru olduğunu dedi:

"Bu cür hava sağlam insanlara heç bir təsiri olmur. Lakin xroniki ağciyər və bronxial astma xəstələri tozlanmanın yüksək olduğu ərazilərdə xüsusi tənəffüs respiratorlardan istifadə etməli, maksimum şəkildə evdən çıxmamağa çalışmalı, qapı-pəncərələri çox da açıq saxlamamalıdır. Mümkün qədər küçədə qalmamaq tövsiyə edilir. Bu cür havada xroniki ağciyər xəstələri üçün bronxial astma xəstələrindən daha diqqətli olmalıdırlar. Çünki tozlu hava ilə kontakt zamanı astmanın kəskinləşməsi baş verə bilər".

Xəbərlər     Baxılıb: 3552   Tarix: 14 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

turlar.az

həkim məsləhəti adlarin menasi reseptler ilk öpüş düzgün qidalanma mayalanma evdarlıq kitabı kosmetika sağlıq bayatılar tut ağacı tutdudu veten haqqinda atalar sozu nizami gəncəvi