Bu gənclər arasında koronavirus daha tez yayılır - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Bu gənclər arasında koronavirus daha tez yayılır - ALİMLƏRDƏN XƏBƏRDARLIQStenford Universitetinin (ABŞ) tibb işçiləri gənclər arasında SARS-CoV-2 virusunun yayılmasını izləyərək bu qənaətə gəliblər ki, veyp çəkən və ya onu adi siqaretlə birləşdirən insanlar koronavirusa 5-7 dəfə çox yoluxub. Bu barədə məqalə "Journal of Adolescent Health" nəşrində yer alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stenford Universitetinin əməkdaşı Şivani Qayxa deyib: "Gənclər və yeniyetmələr düşünürlər ki, bu yaş durumu onları COVID-19 infeksiyasına yoluxmaqdan qoruyur. Lakin bizim əldə etdiyimiz məlumatlar bunun veyp çəkənlər üçün heç də belə olmadığını göstərir. Bu, həm adi siqaret, həm də elektron siqaret çəkənlərə aiddir, özü də bütün hallarda risk çox ciddi şəkildə artır".
Son üç ildə siqaret çəkənlər arasında veyplər geniş yayıldığı üçün tibb işçiləri və bioloqlar bununla maraqlanmağa başlayaraq, elektron siqaretlərdə onun yaradıcılarının söylədikləri müsbət cəhətlərin olub-olmamasını araşdırıblar. Mütəxəssislər veyplərin mənfi cəhətlərini adi siqaretlərin xüsusiyyətləri isə müqayisə edərək klassik tütün məmulatına xas olmayan mənfi keyfiyyətləri öyrəniblər.
Tədqiqatlar göstərib ki, tütün tüstüsü ağciyərlərin sağlamlığına və bütövlükdə insan orqanizminə ziyanlıdır, lakin elektron siqaret də insan həyatını təhdid edir. Onların buxarında müxtəlif toksinlər, kanserogenlər və digər maddələr var ki, nəinki ağciyər xərçənginin yaranma ehtimalını artırır, həmçinin arteriyaların və venaların divarlarını daha kövrək edir.
Şivani Qayxa və onun həmkarları amerikalı gənclər arasında koronavirusun yaranmasına səbəb olan müxtəlif risk amillərini tədqiq edərək, veypin yaratdığı digər təhlükəni müəyyənləşdiriblər. 2020-ci ilin mayında alimlər koronavirus infeksiyası keçirmiş amerikalı qızlar, oğlanlar və onların sağlam həmyaşıdları arasında silsilə sosial sorğular aparıblar, habelə onlar üçün səciyyəvi olan zərərli vərdişləri və xroniki xəstəlikləri araşdırıblar. Tədqiqatda 13-24 yaş arasında dörd mindən çox gənc və yeniyetmə iştirak edib.
Əldə olunan məlumatları təhlil edən alimlər görüblər ki, hər gün veyp çəkən yeniyetmə və gənclər tədqiqata cəlb edilmiş digər iştirakçılardan beş dəfə çox koronavirusa yoluxub və xəstəliyin səciyyəvi simptomlarını hiss ediblər. Tütün və elektron siqaretdən paralel istifadə edənlərdə bu ehtimal yeddi dəfə olub. Beləliklə, veyplər digər risk amillərini, o cümlədən piylənmə və diabeti geridə qoyub. Odur ki, alimlər həm gənclərə, həm də yaşlılara bu cür məhsullardan uzaq durmağı tövsiyə edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1468   Tarix: 13 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 qadin sayti qadın dünyası infeksion xestelikler ləkə üçün maskalar doğumu necə keçirtdim kosmetika haxisda sac modelleri banan hüzeyir hacibəyov oğlaq