"Bu gün hamı üçün əziz bayram günü ola bilər, amma bir şəhid oğlu üçün..." - BU SÖZLƏR ÜRƏK DAĞLADI

"Bu gün hamı üçün əziz bayram günü ola bilər, amma bir şəhid oğlu üçün..." - BU SÖZLƏR ÜRƏK DAĞLADIAzərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, 2016-cı ildəki "Aprel döyüşləri"ndə qəhrəmancasına şəhid olan, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən kəşfiyyatçı zabit Raquf Orucovun oğlu haqq dünyasındakı atasına müraciət ünvanlayıb.
Xanim.az modern.az-a istinadənşəhid oğlunun martın 21-də atasına məktubunu təqdim edir:
"Son görüş, son vida... Bu gün bir çoxları üçün əziz bayram günü ola bilər, amma bir şəhid oğlu üçün belə deyil. Ötən il bu gün mən sonuncu dəfə atamla birgə bayram keçirdim, sonuncu dəfə onun üzünü gördüm.

Bu şəkil həmin gecənin xatirəsidir. Burada hamı xoşbəxtdir. Mən həmişə atamın həsrətini çəkirdim, bizim uşaqlığımız digər uşaqlardan fərqli olub. Hamı tətildə istirahətə gedəndə biz cəbhə bölgəsinə-atamızın yanına gedirdik. Haramı düzü, Murov dağları, Ağdam...
Təki atamızı görək. Orda da onunla çox vaxt keçirə bilmirdik. Çünki onun üçün önəmli, ali borc Vətənə xidmət idi.

Atamı yola saldığım ötən ilin bu gecəsindən sonra onun səsini bir daha eşitmədim. Əvvəl telefonuna zəng gəlmədi, sonra isə özü əbədiyyən Vətən torpağına qovuşdu.

Mən Vətən torpağını da qısqandım, çünki atam o torpaqları bizdən çox sevdi. Keçənilki şənlikdən evimizdə əsər-əlamət yoxdur. Evimizdə dərin bir səssizlik var. Heç vaxt pozulmayacaq bir səssizlik, sevinc evimizdən uzaq düşüb.

Ata, sən mənə bu dünyada maddi heç bir miras qoymadın, amma bəlkə də Azərbaycanda bir çox ataların qoymadığı bir sərvət qoydun - sadəcə Raquf Orucovun oğlu olmaq səadətini. Bu qürur, bu fəxarət mənə sənin bəxş etdiyin ən dəyərli xəzinədir. Başı dik gəzirəm - çünki sənin kimi haqqı qoruyan, şərəfli,amalı uğrunda ölməyi bacaran bir polkovnikin oğluyam!

Hər bir azərbaycanlı sənin adını fəxrlə, qürurla anır. Məhz buna görə sənin ruhun qarşısında baş əyirəm, cənab komandir. Biz sənin oğlun olmaqdan qürur duyuruq".

Xəbərlər     Baxılıb: 3075   Tarix: 21 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gelinlikler sade makiyaj sekilleri qadın geyimi cavanlaşdırıcı maskalar baliqqulagi ev dizaynlari qonaq otagi içi doldurulmuş badımcan turşusu kosmetika birlik xanım az zəhmət novruz hakista pehriz