Bu hərəkətləri gündə 1 dəfə olmaqla bir-neçə gün etsəniz

Bu hərəkətləri gündə 1 dəfə olmaqla bir-neçə gün etsənizƏgər siz bel ağrılarından əziyyət çəkirisinizsə aşağıdakı hərəkətləri etməklə ağrılardan xilas ola bilərsiniz. Amma arterial təzyiqi yüksək olanlara bu hərəkəti etmək məsləhət bilinmir. Bəhs etdiyimiz gimnastika hərəkəti yoqaya başlayanların ilk hərəkətləridir. Həmin hərəkətlərdən birini gündə bir dəfə və 3 gün ardıcıl olmaqla təkrarlamanız sizi bel ağrılarından xilas edəcək, sizin bədəniniz rahatlaşacaq, əzələlərinizdəki gərginlik aradan qalxacaq. Bu yoqa hərəkəti həm bel, həm də boyun fəqərələrini hərəkətə gətirəcək və bədəninizə rahatlıq verəcək. İnanmasanız özünüz bu hərəkəti edib faydasını görə bilərsiniz.
Hərəkətləri necə eləməli?
Qatlanma pozası
Yerdə oturun və ayaqlarınızı qabağa doğru düz uzadın. Rahat olun və fərəqələrinizin rahat olmasına əmin olun. Dabanlarınızı cütləşdirin və dərindən nəfəs alın. Əllərinizi qabağa doğru uzadıb başınızı ayaqlarınıza doğru uzatmağa calışın. Çalışın başınızı nə qədər bacrırsınızsa o qədər də ayaqlarınıza yaxımlaşdırın.
Uşaq pozası
Bu poza körpə uşağın vəziyyət aldığı pozadır. Dizi üstə oturun və başınızı qarşınıza yerə doğru əyin və çalışın alnınız yerə toxunsun. Əllərinizi yanlardan açaraq ayaqlarınıza doğru uzadın. Sağ əlinizlə sağ ayağınızı, sol əlinizlə də sol ayağınızı tutun və bu cür əyilmiş vəziyyətdə bir-neçə dəqiqə dayanın.
Dönmə
Bardaş qurub yerdə oturun və sağ əliniz son tərəfinizdə yerə toxundurun. Sonra sağ tərəfinizə dönməyə çalışın. Dönmə əməlini yerinə yetirərkən çalışın arxanız oturduğu yerdən tərpənməsin. Sonra bu hərəkəti sol tərəfə doğru təkrarlayın.
İlahə pozası
Kürəyi üstə yerə uzanın və əllərinizi yana doğru açın. Kürəyinizi yerindən tərpətmədən sağ ayağınızı bükərək sola doğru gətirərək yerə toxundurmağa çalışın və 2 dəqiqə bu vəziyyətdə dayanmağa çalışın. Sonra bu hərəkəti sol ayağınızla təkrarlayın.
Ayaqlar və divar
Divara yaxın yerdə uzanın və bədəninizi dübucaq şəklində saxlamağa çalışın. Əllərinizi yana doğru açaraq ayaqlarınızı divar boyu qaldırın və bu vəziyyətdə dayanın.
Sərbəst duruş
Kürəyiüstə yerə uzanın və dizlərinizi qarnınıza doğru yaxınlaşdırın. Əllərinizlə ayaqlarınız qarnınıza doğru sıxmağa çalışın. Bu qayda ilə bir-neçə dəqiqə dayanmaq belinizdəki gərginliyi aradan qaldıracaq.
Göyərçin duruşu
Yerdə oturun və sol ayağınızı geriyə doğru açın. Sağ ayağınızı isə qabağa doğru bükülü vəziyyətdə saxlamağa çalışın. Belinizi və başınızı dik tutun və bacardığınız qədər bu vəziyyətdə dayanın.
Balıq pozası
Kürəyi ütə yerə uzanın və hər iki əlinizi arxadan oturacağınıza doğru uzadıb saxlayın. Dirsəklərinizlə özünüzə dəstək verin və beldən yuxarı hissənizi qaldrmağa çalışın. Başınızı arxaya doğru əyərək yerə toxundurmağa çalışın və bu vziyyətə bacardığınız qədər durun.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1573   Tarix: 07 fevral 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

adlarin menasi makiyaj instagram qadın geyimi qadin saytlari həyat tərzi gözəl xanım frans subert haqqinda kosmetika novruz hakıştası masturbasiya nedir saglam qidalanma big.az gəncə