Bu məhsul qaraciyərin yağlanmasının qarşısını alır
Karolina Universitetinin (ABŞ) alimləri sübut edir ki, rasionda göyərtilərin (xüsusilə kahı, ispanaq, vəzəri, turşəng, gicitkən, cəfəri, pərpətöyün kimi göyərtilərin) çox olması qaraciyərin yağlanmasının riskini xeyli azaldır.
Alimlər bunu göyərtilərin tərkibində nitrat maddəsinin olması ilə izah edirlər. Orqanizmə düşdükdən sonra nitratlar azot oksidinə çevrilir ki, məhz bu maddə qaraciyərin sağlamlığına müsbət təsir edir, piylənmədən qoruyur.
Azot oksidinin həmçinin digər faydalı xüsusiyyəti də var. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.
Mütəxəssislər qeyd edir ki, qaraciyərin yağlanmasından əziyyət çəkənlər də mütləq hər gün göyərti yeməlidir. Bu piylənmənin səviyyəsinin azalmasına kömək edəcək.
Bildiyimiz kimi, qaraciyərin yağlanması çox ağır pozulmadır ki, onun nəticəsində insanda qaraciyər sirrozu inkişaf edə bilər.
Mütəxəssislər hər gün 200 gr göyərti yeməyi tövsiyə edirlər.
Milli.Az / news.milli.az









Xiyarın möcüzəvi faydaları
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Gözümüzü məhv edə biləcək eynəklər var
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər