Bu məhsulları mətbəxtən uzaq tutun - Ömrünüzü qısaldır

Bu məhsulları mətbəxtən uzaq tutun - Ömrünüzü qısaldırDüzgün qidalanma sağlam həyat üçün vacibdir, amma bəzi qidalar var ki, onların istifadəsi sağlamlıq üçün ciddi risklər yaradır.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qidalanma sahəsində aparılan son araşdırmalar göstərib ki, bəzi gündəlik istehlak etdiyimiz qidalar siqaret qədər zərərlidir. Xüsusilə də işlənmiş ətlər, hidrogenləşdirilmiş yağlar, rafinə karbohidratlar, işlənmiş şəkər və cips bu siyahının başındadır.
Ümumdünya Səhiyyə Təşkilatı işlənmiş kolbasa və sosisləri birbaşa xərçəng yaradan maddələr siyahısına daxil edib. Bu qidalar tərkibində olan kimyəvi maddələr və konservantlar səbəbilə təkcə mədə-bağırsaq deyil, ürək-damar xəstəliklərinə də yol açır.
Rafinə karbohidratlar (təbii halından işlənərək (yəni təmizlənərək) lif, vitamin və mineralları çıxarılmış karbohidratlardır) - yəni ağ çörək, ağ düyü, makaron, pizza kimi qidalar - bədəndə iltihab yaradır, qan şəkərini sürətlə yüksəldir və piylənmə riskini artırır.
Hidrogenləşdirilmiş və işlənmiş yağlar da təhlükəli hesab olunur. Soya, kanola və qarğıdalı yağları kimi məhsullar yüksək temperaturda emal olunduğundan, toksik maddələrə çevrilə bilir.
Qazlı içkilər də həm metabolik xəstəliklər, həm də piylənmə ilə birbaşa əlaqələndirilir. Qida dəyəri demək olar ki, sıfır olan bu məhsullar insanda enerji düşkünlüyü və insulinin qeyri-sabitliyinə səbəb ola bilər.
Cips və qızardılmış məhsullar da sağlam qidalanma üçün ciddi təhlükə sayılır. Bu məhsullarda çox miqdarda duz, yağ və kalori olur ki, bu da qan təzyiqini yüksəldir və ürək sağlamlığını təhdid edir.
Mütəxəssislər bildirir ki, bu qidalardan tamamilə uzaq durmaq, mümkün deyilsə də, çox az və nadir hallarda istifadə etmək, eyni zamanda təbii və təzə məhsullarla qidalanmaq sağlamlığımız üçün ən yaxşı seçimdir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1797   Tarix: 24 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yemek reseptleri yay geyimləri 2026 yay kolleksiyasi kakos yaginin saca faydalari yumurta qabiginin xeyri şirin xəmir işləri süd vəziləri kosmetika turpun nağlı aysel qizlar sac modelleri badambura