Bu məhsulların çox istifadəsi immun sistemini zəiflədir

Bu məhsulların çox istifadəsi immun sistemini zəiflədir"İmmunitet sisteminin zəifləməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, həm xroniki iltihabi xəstəliklər, həm autoimmun xəstəliklər. Bunlarla bağlı istifadə edilən dərmanlar, həmçinin qeyri-sağlam həyat tərzi və qidalanma da immun sisteminin düzgün fəaliyyət göstərməsinə təsir edir".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.
Mütəxəssis-ekspert bildirib ki, immun sisteminin hüceyrələrinin effektiv fəaliyyəti üçün onların zəngin maddələrlə yaxşı təmin olunması mütləqdir:
"Buna görə də, karbohidratlar, şəkər və qırmızı ət, aşağı lifli rəfinə edilmiş məhsullar, doymuş yağlarla zəngin, çox duzlu, qatqılı qidalar və qablaşdırılmış məhsulların həddindən artıq istifadəsi immun sistemini zəiflədə bilər. Belə məhsulların tez-tez və həddindən artıq istifadəsi orqanizmdə iltihabın artmasına, xəstəliklərin inkişafına səbəb olur. Ona görə, vitaminlər, mineral və antioksidantlarla zəngin meyvə və tərəvəzlərdən daha çox istifadə etmək və pəhrizimizə əlavə etmək lazımdır. Məsələn, taxıl məhsulları, liflə zəngin tərəvəzlər, probiotiklə zəngin qatıq kimi süd məhsullarının istifadəsi həm də bağırsaq mikroflorasına təsir edərək, orqanizmin infeksiyalara qarşı müdafiəsini dəstəkləyir".
Zakir Quliyev həmçinin qeyd edib ki, burada həyat tərzi də vacibdir:
"Düzgün olmayan yuxu rejimi, daimi stress, alkoqol və nikotin istifadəsi, hərəkətsizlik insan immun sisteminə ciddi mənfi təsir göstərir. Düzgün qidalanma və sağlam həyat tərzi infeksiyalardan qorunmaqda kifayət etməsə belə, immun sistemimizi daha yaxşı müdafiə üçün gücləndirir, əhval-ruhiyyəmizə və orqanizmimizə yaxşı təsir göstərir".
Milli.Az 

Xəbərlər     Baxılıb: 1263   Tarix: 18 oktyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim dəbləri makiyaj etmek qaydalari qis geyimləri 2026 makaron reseptləri aliment almaq veten haqqinda atalar sozleri qadın müdafiəsi kosmetika hakışda azerbaycan haxisda oyunlar rus dili 2ci ders