Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin qeyd etdiyinə görə, hünnapın tərkibindəki antioksidantlar bədəni sərbəst radikallardan qoruyur, hüceyrə yenilənməsini dəstəkləyir və ümumi sağlamlığa müsbət təsir göstərir.
Bəzi araşdırmalara əsasən, bu meyvənin yüksək lif tərkibi bağırsaq fəaliyyətini yaxşılaşdırır və qəbizlik problemlərini təxminən 30 faiz azalda bilər. Həmçinin onun sinir sisteminə sakitləşdirici təsir göstərdiyi, yuxu keyfiyyətini artırdığı qeyd olunur.
Qeyd edək ki, hünnap həm təzə, həm də qurudulmuş formada istehlak edilə bilər və sağlam qəlyanaltı kimi geniş istifadə olunur. Bununla belə, bu cür təsirlərin fərdi orqanizmdən asılı olaraq dəyişə biləcəyi vurğulanır.
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO