Bu mürəbbənin soyuqdəyməyə faydası yoxdur
Moruq mürəbbəsinin sağlamlığa faydaları həddən artıq şişirdilir, amma dondurulmuş və ya qurudulmuş moruq barədə eyni sözü demək olmaz.
Milli.Az publika.az-a istinadən xəbər verir ki ki, diyetoloq Yuliya Xoxolkova Sankt-Peterburq telekanalına müsahibəsində bu giləmeyvədən maksimum fayda əldə etməyin yollarını izah edib.
Moruq ən faydalı və populyar yay giləmeyvələrindən biridir, immuniteti gücləndirir, əhval-ruhiyyəni qaldırır və damarların işinə kömək edir. Bununla belə, qidalanma mütəxəssisi xəbərdarlıq edib ki, məhsul təzə olarkən bütün xüsusiyyətlər qorunur. Lakin bişirildikdə və ya konservasiya olunduqda giləmeyvə ətirini və dadını saxlasa da, faydalarından məhrum olur. Odur ki, ekspert soyuqdəymə üçün mövsümdə təzə moruq yeməyi, payız-qış dövründə isə təzə dondurulmuş və ya dondurulmuş və qurudulmuşdan istifadə etməyi məsləhət görür.
"Moruq mürəbbəsi giləmeyvənin bütün faydalı təsirinin demək olar ki, itirilmiş versiyasıdır. Soyuqdəymə ilə mübarizədə moruq mürəbbəsinin rolu həddən artıq şişiridilir, lakin onu dondurulmuş və ya qurudulmuş şəklində istifadə etmək daha yaxşıdır", - mütəxəssis qeyd edib.
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Sezen Aksu sevənlərə pis xəbər
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır