Bu nəticələr bizi qane etmədi - AMEA

Bu nəticələr bizi qane etmədi - AMEABu il ilk dəfə olaraq, doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirildi. Lakin etiraf etmək lazımdır ki, dissertanturaya qəbul olmaq istəyən namizədlərin xarici dil fənnindən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi Əminağa Sadıqov deyib.
AMEA-nın doktorantura və dissertantura səviyyəsi üzrə qəbul prosesinin artıq başladığını nəzərə çatdıran Ə.Sadıqov əlavə edib ki, AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib. Lakin ərizə verən namizədlərin təxminən yarısı bu balı toplaya bilmədiyi üçün ilk imtahandan keçə bilməyib:
"Hazırda AMEA və TN imtahanların nəticələrini təhlil edir. Zərurət olsa, keçid balının aşağı salınması üçün DİM-ə müraciət edilə bilər.Düzdür, DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb. Yəni imtahanlara uzun müddət qalmış proqramlar və test sualları əvvəldən hazırlanmışdı. Lakin yeni qəbul qaydaları bu il ilk dəfə tətbiq olunduğundan namizədlər üçün xarici dillə bağlı müəyyən çətinliklər olub. Doktoranturaya gəldikdə, artıq bir neçə ildir ki, qəbul zamanı xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur. Ona görə də doktorantura sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir. Bu səbəbdən doktoranturaya qəbulda vəziyyət yaxşıdır. Amma dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib".
Ə.Sadıqov qeyd edib ki, qəbul imtahanı ilə bağlı dissertantlar üçün müəyyən güzəştlər edə və bununla bağlı vəsatət qaldıra bilərlər: "Onsuz da onlar təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan verməlidirlər. Təbii ki, həmin vaxt hansısa güzəştd ən söhbət gedə bilməz".
Akademik katib bildirib ki, bu il AMEA-nın doktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb. Lakin namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib. /news.milli.az

Maraqlı     Baxılıb: 2448   Tarix: 11 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

qadin sayti maskalar gelinlikler immun sistemi veten haqqinda atalar sözləri sərxan kərəmoğlu arıqlama sirləri kosmetika nağıllar burclər bayatı intim yutube