Bu ölkədə meymunçiçəyinə yoluxma artıb - Daha bir nəfər
Pakistanda meymunçiçəyinə 6-cı yoluxma qeydə alınıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Pakistanda meymunçiçəyinə yoluxma artıb.
Pakistan Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və Yaxın Şərq ölkələrinin birindən qayıdan şəxsdə meymun (mpox) virusu aşkar edilib.
Bildirilib ki, bu şəxs Pişəvər hava limanında tibbi müayinənin nəticəsi müsbət çıxdıqdan sonra karantinə alınıb.
Pakistanda aşkarlanan 6 yoluxmanın ölkə xaricindən gələn şəxslərdə aşkarlandığı bildirilib.
Qeyd edək ki, meymunçiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi