Bu peyvənd xərçəngə qarşıdır - Uşaqlıqda vurulmalıdır
Qadınların qorxulu yuxusu olan uşaqlıq boynu xərçəngi riskini aradan qaldırmaq mümkündür. Mütəxəssislər buna görə HPV peyvəndinə diqqət çəkib. Peyvəndlərin uşaqlıqda tətbiq edilərək qadınlarda başda uşaqlıq boynu xərçəngi olmaqla bir çox xəstəlik riskinə qarşı qorunma təmin etdiyi bildirilir.
Bununla bağlı İstanbul Cərrahiyyə Xəstəxanası Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Rabia Günəş açıqlama verib.
"Uşaqlıq boynu xərçəngi dünyada qadınlarda ən çox rast gəlinən xərçəng növlərindən biridir. HPV virusu qadınlarda uşaqlıq boynu xərçənginin ən çox görülən səbəbidir. Bu peyvənd Avropa ölkələrində müntəzəm olaraq tətbiq edilir. Biz bu peyvəndin uşaqlıqda vurulmasını tövsiyə edirik. Çünki məlumdur ki, erkən yaşda tətbiq edilən peyvəndlər daha effektiv olur. Peyvənd 75 faizə qədər qorunma təmin edir",-deyə həkim bildirib.
Onun sözlərinə görə, HPV peyvəndi peyvənddən əvvəl ötürülən növlərə qarşı qoruyucu deyil. HPV peyvəndi müalicəvi peyvənd deyil. Cinsi həyatına başlamamış və ya heç vaxt HPV virusu daşımayan bir qadına vurulan HPV peyvəndi yüzdə yüzə yaxın qoruma təmin edir.
medicalmedia.az
Saglamolun.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
Hər evdə var, amma bu təsirini çoxları bilmir