"Bu qadın çox həyasız və manyakdır" - Cavad Rəcəbov

"Bu qadın çox həyasız və manyakdır" - Cavad RəcəbovBu gün mediada yayılan iddialara görə, müğənni Cavad Rəcəbov gəlinini və nəvəsini yaşadığı evdən çölə atır. İfaçının oğlu Cavid Rəcəbov Günel Axundova ilə iki il bundan əvvəl rəsmi ailə həyatı qurub. Cütlüyün bu nikahdan bir oğlu dünyaya gəlib. İki ildən sonra isə cütlük məhkəmə yolu ilə boşanıblar.

Axşam.az-ın məlumatına görə, müğənni Cavad Rəcəbov aznews.az-a müsahibəsində gəlini Günel Axundovanın onun evini zəbt etdyini deyib.

- İki il bundan əvvəl məhkəmə yolu ilə boşanıblar. Məhkəmə qərarı ilə ona hara gəlin gəlibsə, ordan ev payı verib. Günel Lənkərana, bizim dədə evinə gəlin köçüb. Həmin ev bütünlüklə onundur, gəlsin, yaşasın. Həmin evi ona hədiyyə edirəm. Amma o gəlmir, deyir ki, "mən Bakıda ev istəyirəm". O, hər şeyi yalan edir. Bunlar evlənəndən sonra şərikli malları olmayıb. Dövlət nə qanun qoyubsa, biz də ondan gedirik. İndi kimsə onu yoldan çıxarıb. İstəyir ki, bizim imicimizə zərbə vursun. Qanunumuz var, mən də qanun çərçivəsində yaşayan insanam.

- Nəvənizə aliment verirsiniz?

- Bəli, qanun nə tələb edirsə, ona əməl edirik. Uşağın geyimi, yeməyi biz tərəfindən verilir. Ona nə lazımdırsa, edirik. Sadəcə bu qadın nə istəyir, fikri nədir, biz onu bilmirik. Səmimiyyətimə inanın, mən hər şeyi düz deyirəm, Ağsaqqal kişiyəm, uzun illərdir ki, sözümü də deyirəm. Abır-həyam var, şouya da ("Maşın şou"nu nəzərdə tutur -red.) kişi kimi girdim və çıxış elədim. Orada da bildirdim ki, əgər mən bu maşını udsam, Lənkəranda uşaq evi var, ora bağışlayacam. Bundan artıq nə ola bilər?! Kimsə mənə səmimiyətsiz deyirsə, Allahından görsün.

- Oğlunuz Cavid Güneldən boşanandan sonra ikinci dəfə ailə qurub?

- Mənim Bakıda evim və studiyam var. Bu Günel həmin evi zəbt edib, mənim evimdə yaşayır. Oğlum isə hələ boşanmazdan da əvvəl studiyanın zirzəmisində yaşayır. Cavid hazırda nişanlıdır. Mənim özüm də Bakıya gələndə oteldə qalıram. Evim ola-ola ora gedə bilmirəm. Nə də oğlumu evləndirib gəlinimi gətirə bilmirəm. Bu qadın həyasızlıq edir, qışqırır, məni rüsvay edir. Odur ki, həmin evə gedə bilmirəm. Mən də oğlumla bir yerdə bayırda qalmışam. Axı mənim şəxsi evimin Cavidlə Günelə nə aidiyyatı?

- Günelin davası sizin evinizi ələ keçirməkdir?

-Bəli. Amma mən evimi ona verməyəcəm. Hazırda vəziyyət pisdir. Toylar da yoxdur ki, oğluma təzə ev alım. Yəni, gərək qadın evdən çıxsın ki, mən də oğlumu baş-göz edim. Bu qadın nə həyasız, nə üzlüdür. Mən sual verirəm. Sabah Cavid evləndi, arvadını da həmin evə gətirəcək. Bu qadın Cavid və onun arvadı ilə bir evdə yaşayacaq?! Biabırçılıqdır. Mən nəvəmə hər şey verəcəm, amma bu qadına hər şey haramdır. O, insan deyil.

- Gəlininiz Günel Caviddən ayrılandan sonra ailə həyatı qurub?

- Təbii ki, quracaq da. Düzü, mən bilmirəm, onun hazırda əri var, ya yox.

- Məhkəmə ona gəlin gəldiyi evdə yaşamaq hüququ verib. Bundan sonra icraçılar Güneli sizin evinizdən niyə çıxarmayıb?

- İki dəfə ona vaxt vermişəm. Artıq daha güzəştə getməyəcəm. İcraçılar da bunu yerinə yetirməlidir, yəni Günel o evdən çıxmalıdır. Çox şeylər var, deyə bilmirəm. Bu qadın mənim oğlumun başına çox oyunlar açdı. Oğlum namaz qılan şəxsdir. Bu qadın bizdən nə istədi, biz onu bilmədik. Mən bir dəfə kiminsə qəlbinə dəymədim. Heç kimi toyuğuna "kış" də eləmədik. Günel oğlumu bıçaqladı. Oğlum ayaqqabı geyindiyi yerdə qadın onu arxadan bıçaqlayıb.

- Hüquq-mühafizə orqanlarına məlumat vermişdiniz?

- Yox. Biz bunu gizlətdik, şikayət etmədik. İndi peşmanıq, kaş onu polisə verəydik. Bu qadın çox həyasız və manyakdır. Bu necə adamdır, necə tərbiyə alıb biz onu bilmirk. Hələ onun oğlumu bıçaqlamasını mən iki sonra bilmişəm. Oğlum yalandan deyib ki, dənizdə yıxılıb belinə məftil batıb. Az qalıb ölsün, qan itirib, dostları gəlib. Güclə onu sağaldıblar. Biz necə insanıq ki, onun etdiyi cinayətə görə Güneli polisə vermədik. Amma o, haqqı çatmadığı evin üstündə dava edir. Evimi ona verməyəcəm.

Xəbərlər     Baxılıb: 4025   Tarix: 05 iyun 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

adlarin menasi reseptler həkim məsləhəti evim interyer maraqli sitatlar dondurmalar xina sozleri kosmetika bakire qaynana novruz kəlamlar haqisda