Bu qadınlar 11 il az yaşayırlar - Xəbərdarlıq

Bu qadınlar 11 il az yaşayırlar - XəbərdarlıqTütün istifadəsi başda ağciyər olmaqla, bütün orqanlara ciddi zərəri var. Tütün istifadəsi dünyada hər 6 saniyədə bir insanın ölümünə səbəb olur. Tütünçəkmə nəticəsində onkoloji xəstəliklər, tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qan törədici sistemlərin xəstəlikləri yüksək ehtimal ilə baş verə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Onun sözlərinə görə, tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir:
"Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidik-cinsiyyət orqanlarının, qan törədici sistemin xərçəng xəstəliyinin yaranması riski artır. Eyni zamanda, ürək-damar xəstəliklərinin (ateroskleroz, beyin və ürək-damar xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı) ehtimalı yüksəlir. Elmi cəhətdən sübut olunub ki, tütün bütün halların 90%-də ağciyər xərçəngindən, 75%-də bronxit və emfizemadan və bütün halların təxminən 25%-də ürək xəstəliyindən ölümün səbəbidir. Tənəffüs yolları xəstəliklərindən isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə ağciyər xəstəliklərinin yaranması ehtimalı artır".
Direktor qeyd edib ki, siqaret çəkən qadınlarda fertillik zəifləyir:
"Tütün tüstüsü ilə orqanizmə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq, onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən kişilər çəkməyənlərdən təxminən 12 il, qadınlar isə təxminən 11 il az yaşayırlar".
İradə Axundova bildirib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır:
"Siqareti tərgitdikdən sonra orqanizmdə normallaşma aşağıdakı etaplarla başlayır: ilk 20 dəqiqə ərzində qan təzyiqi normallaşır, 8 saat sonra qanda oksigen səviyyəsi tənzimlənir, miokard infarktı riski azalır, 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir. 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir, 2 həftə-3 ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır, həmçinin fiziki aktivlik yaxşılaşır. 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır, 5 il sonra ağciyər xərçəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1200   Tarix: 29 avqust 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

yay geyimləri 2026 toy makiyajlari toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər makiyaj sirləri hamiləlikdə axıntı makiyaj formalari kosmetika rus dilini oyrenek 2ci ders baldiza aid haxisda layla qardasa aid haxistalar novruz