Bu qidalar qadınlarda yaddaşı zəiflədir - XƏBƏRDARLIQ

Bu qidalar qadınlarda yaddaşı zəiflədir - XƏBƏRDARLIQOrta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınlar yaşlananda yaddaş və düşünmə problemləri ilə daha çox qarşılaşırlar.
Milli.Az xəbər verir ki, bu nəticəyə Nyu-York Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri Preventive Medicine (PM) jurnalında dərc olunub.
Bildirilib ki, ultraemal olunmuş qidalar - şirniyyatlar, fastfud, qazlı içkilər və hazır yeməklər - əlavə yağlar, şəkər, duz və dadlandırıcılarla zəngindir.
"Womens Health Study" adlı uzunmüddətli araşdırmaya qatılan 5 mindən çox qadının məlumatları göstərib ki, 35-65 yaş aralığında bu cür qidaları daha çox istehlak edən qadınlar 25-35 il sonra yaddaş və diqqət problemləri ilə bağlı şikayətləri 20-24% daha çox bildiriblər.
Koqnitiv şikayətlər dedikdə yaddaşın və ya diqqət toplama qabiliyyətinin zəifləməsi ilə bağlı subyektiv hisslər nəzərdə tutulur. Əvvəlki araşdırmalar göstərir ki, bu cür şikayətlər demensiyanın inkişafından bir neçə il əvvəl meydana çıxa bilər.
Ən güclü əlaqə emal olunmuş süd məhsulları və ət məhsulları ilə müşahidə olunub. Şirniyyatlar və souslarla isə statistik cəhətdən əhəmiyyətli bir əlaqə tapılmayıb.
Qadınlar Alzheimer xəstəliyindən əziyyət çəkən pasiyentlərin təxminən üçdə iki hissəsini təşkil edir. Risk faktorlarının erkən mərhələdə müəyyənləşdirilməsi səhiyyə üçün prioritet sayılır. Yeni araşdırma göstərir ki, orta yaş dövründəki qidalanma beyin sağlamlığına onilliklər sonra da təsir edə bilər.
Müəlliflər vurğulayıblar ki, bu cür məhsulların rasionda azaldılması yaşla bağlı koqnitiv pozuntuların riskini azaltmaq üçün əlçatan bir üsul ola bilər.(publika.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1429   Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

hamiləlik qaşların formalari gozel gorunmek ataya aid atalar sozleri 2026 payiz qis debi masqalar qış ayaqqabıları kosmetika suni mayalanma rus dilini öyrənək 2 ci dərs qizlar sperma ikizler