Bu qidalar xərçəng riski yaradır - Hər gün yeyirik
Endokrinoloq və dietoloq Tatyana Filippova bildirib ki, rəfinə edilmiş ətdən hazırlanan məhsullar xərçəngə səbəb olur.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə həkim "Beşinci Kanal"a müsahibəsində danışıb. Onun sözlərinə görə, xəstəliyin səbəblərindən biri orqanizmdə təmizlənmiş karbohidratların çox olmasıdır. O, emal edilmiş ətdən hazırlanan məhsulları rasiondan çıxarmağı tövsiyə edib.
"Kolbasa, sosiska, servlat, konserv kimi məhsulların saxlanma müddətini artırmaq üçün kimyəvi qatqılar əlavə olunur. Yağlı və sadə karbohidratlarla zəngin qidalar artıq çəkiyə səbəb ola bilər ki, bu da öz növbəsində xərçəng riskini artırır.
Təbii qidalar, o cümlədən toyuq, mal əti və ya balıq yeməyi tövsiyə edirik. Ətin zərərsizliyinə əmin olmaq üçün onun mənşəyini bilmək vacibdir" , - ekspert bildirib.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu