Bu qidalar yaddaşı gücləndirir

Bu qidalar yaddaşı gücləndirirDüzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusən də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir.
Qida Təhlükəsizliyi İnstitutundan verilən məlumata görə, gündəlik rasionda vitamin və minerallarla zəngin bir sıra qidaların istehlakına üstünlük verilməlidir:
Su. Su insan orqanizmində əhəmiyyətli rola malikdir. Belə ki, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak etməklə yanaşı, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su beyinin normal funksiyasının bərpa olunmasında mühüm rol oynayır. Alimlərin qənaətinə görə, beyin toxuması 85 faizi sudan təşkil olunub. Uzun müddət susuz qaldıqda beyinin məlumat saxlamaq qabiliyyətinə mənfi təsir göstərən kortizol hormonunun ifrazı artır və unutqanlıq, diqqət əskikliyi kimi hallar özünü göstərməyə başlayır. Qeyd edək ki, su itkisinin bərpası ilə yaddaş zəifliyinin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar mövcuddur.
Meyvə-tərəvəz. Meyvə-tərəvəzlər orqanizmin mineral maddələr və vitaminlərlə təmin olunmasında əvəzsiz qida məhsuludur. Təzə meyvə-tərəvəz ilboyu gündəlik qidanın tərkibinə mütləq daxil olmalıdır. Mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakı zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə müsbət təsir göstərir. Xüsusilə də bəzi rəngdə olan meyvə-tərəvəzin istehlakı daha faydalı sayılır. Məsələn, qırmızı çuğundurda olan antosian, badımcana bənövşəyi rəng verən nasunin beyin toxumasının lipidlərini qoruyur. Tünd yaşıl rəngli tərəvəzlərdə olan fol turşusu, eləcə də almanın qabığındakı antioksidantlardan kversetin yaddaş zəifliyinin qarşısını alır.
Balıq. Somon, qızılbalıq, sardina, siyənək kimi balıq növləri daha yüksək qida dəyərinə malikdir. Həmçinin bu balıq növləri Omeqa-3 yağ turşuları və B6 vitamini ilə olduqca zəngindir. Zehni qabiliyyətin inkişafı, yaddaşı gücləndirmək və ya bərpa etmək üçün onların istehlakına daha çox üstünlük verilməlidir. Bu balıq növləri Alzheimer xəstəliyinin inkişaf riskini azaltmaq, yaşla bağlı idrak geriliyinin qarşısını almaq baxımından da faydalıdır.
Yumurta. Zəngin biokimyəvi tərkibə malik olan yumurta qida rasionunda əsas yer tutmalıdır. Xüsusilə də yüksək protein tərkibli olması səbəbindən beyin hüceyrələrinin inkişafında mühüm rol oynayır. Yumurtanın tərkibindəki aminturşuları beyin hüceyrələrini qidalandıraraq yaddaşın güclənməsinə kömək edir.
Çərəzlər və toxumlar. Çərəzlər zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral maddələrə olan tələbatını ödəyir. Beyinin fəaliyyətini yaxşılaşdırmağa, zehni qabiliyyətin inkişafına müsbət təsir etdiyindən istehlakı tövsiyə olunur. Toxumların da istehlakı beyinin işini yaxşılaşdırır, yaddaşın və diqqətin inkişafına kömək edir. Xüsusən də kətan toxumu zehni qabiliyyətin inkişafına faydalı olan ən yaxşı qidalardan biri sayılır, çünki tərkibi Omeqa-3 yağ turşuları ilə zəngindir.
Paxlalılar və taxıl. Paxlalıların tərkibində müxtəlif qida maddələri üstünlük təşkil edir. Paxla, soya, mərci, noxud, yerfıstığı və digər bu tip qidaların müntəzəm istehlakı yaddaş zəifliyinə qarşı xeyirlidir.
Çay. Düzgün dəmlənmiş çayın faydalı xüsusiyyətləri çoxdur. Son tədqiqatlar göstərir ki, çayın tərkibindəki antioksidant xüsusiyyətli polifenollar dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını zəiflədir, xüsusilə də yaddaşı və idrak qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Çayın tərkibindəki teanin maddəsi isə sakitləşdirici təsirə malikdir.
Adaçayı. Beyinin fəaliyyətinə müsbət təsir edən bitkilərdən biri də adaçayıdır. Bu bitki beyin toxumasındakı biokimyəvi birləşmələrin səviyyəsini optimallaşdırır. Həmçinin beyin hüceyrələrinin bərpasında regenerativ rol oynayır.
Rozmarin (bibəriyyə). Rozmarin beyin yorğunluğuna yaxşı təsir edir. Araşdırmalara görə, antioksidantlar və karnos turşusu ilə zəngin olan rozmarin bitkisi beyinin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, zehni qabiliyyətin inkişafını 18 faizədək artırır. Hətta sübut olunub ki, ofisdə saxlanan rozmarinin qoxusu çalışanların əhvalını yüksəldir, yorğunluğu aradan qaldırır, həmçinin yaddaşı gücləndirir.
İspanaq. Müxtəlif vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ispanağın istehlakına daha çox üstünlük verilməlidir. İspanaq tərkibindəki faydalı maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti yaxşılaşdırır, motoriki (hərəki) aktivliyin inkişafına səbəb olur, eləcə də beyin damarlarının zədələnməsinə qarşı orqanizmin müqavimətini artırır.
Yer armudu (topinambur). Yer armudu orqanizm üçün çox faydalı bitkidir. Tərkibinin B6 vitamini, karbohidrat və antioksidantlarla zəngin olması baxımından beyinin funksiyasını xeyli yaxşılaşdırır, yaddaşı daha da möhkəm edir.
Otlar və kök sistemləri. Şərq ölkələrində min illərdir ki, ginkgo biloba adlı bitki yaddaş problemlərini müalicə etmək məqsədilə geniş istifadə edilir. Bitki qan dövranının yaxşılaşmasına kömək edir, nəticədə beyin hüceyrələri daha çox oksigen alaraq yaxşı qidalanır.
Həmin qidalarla yanaşı, balanslı səhər yeməyi də beyinin işini gücləndirir. Faydalı səhər yeməyi xüsusilə də məktəbyaşlı uşaqların inkişafına və sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir, eləcə də onların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir. ((Day.Az))
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1118   Tarix: 20 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim dəbləri qəbizlik sobada kotlet fatimə fətəliyeva arıqlamaq üçün çaylar kosmetika məsəllər vətənə aid dolca sağlamlığın sirleri hakıştalar