Bu qidaları bir yeyən, bir də yemək istəyir

Bu qidaları bir yeyən, bir də yemək istəyirAlimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.

İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:

- Pizza. Sübut olunub ki, bu qida ən güclü asılılıq yaradır. Məhz bu səbəbdən bir çox xarici ölkələrdə pizza ənənəvi qidaya çevrilib və insanlar öz həyatını pizzasız təsəvvür edə bilmirlər.

Fast-fudlarda satılan pizza həddindən artıq kalorili və ziyanlı qidadır. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.

- Şokolad növbəti qidalı "narkotik"dir. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.

- Dondurma da çox kalorili məhsuldur.
Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz. Lakin müasir dondurmanın istehsalı zamanı əsasən ucuz trans-yağlardan istifadə olunur.

- Kartof çipsləri çox ziyanlı qida sayılır. Onların müntəzəm qəbulu bədən çəkisinin artmasına səbəb olur və həmçinin xərçəngin riskini artırır.

- Kartof-fri bütün digər qızardılmış qidalar kimi kanserogen xüsusiyyətlərinə malikdir. Bu qidanın daim qəbulu mədə-bağırsaq xərçənginin riskini xeyli artırır. Bundan əlavə kartof-fri kalorili məhsuldur.

- Peçenye yağ və şəkərlə zəngindir. Dükanlarda satılan peçenye trans-yağlar əsasında hazırlanır. Trans-yağlar kanserogen xüsusiyyətlərinə malikdir.

- Şirin qazlı içkilər (limonadlar və s.) şəkərlə zəngindir. Həkimlər sübut edir ki, belə içkilərin daim qəbulu piylənmənin və hətta xərçəngin riskini artırır.

Maraqlı     Baxılıb: 2348   Tarix: 09 dekabr 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

hamilelikde qidalanma qaşların formalari hamiləlik ud hindi faydalari korpelere qulluq seks prosesi elaci kosmetika şəkərbura vetene aid atalar sozleri aydin sani novruza aid hakisda bayraq