Bu saatlarda çölə ÇIXMAYIN
"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, 05:00-10:00 ən yüksək tozcuq aktivliyi, 10:00-16:00 nisbətən stabil dövr, 16:00-20:00 konsentrasiyanın yenidən artdığı saatlar, 00:00-05:00 isə ən aşağı səviyyə olan saatlardır.
"Bu səbəbdən allergiyası olan şəxslərə pik saatlarda açıq havada az vaxt keçirmək, maska və gün eynəyindən istifadə etmək tövsiyə olunur".
Bundan başqa nəzərə çatdırıb ki, allergik rinitdən əziyyət çəkən pasiyentlərdə hava şəraitinin dəyişməsi şikayətlərin artmasına səbəb ola bilər:
"Yağışlı havalarda bəzən vəziyyətin yaxşılaşması, bəzən isə əksinə pisləşməsi müşahidə olunur".
Qeyd edib ki, yağış zamanı havadakı allergenlərin miqdarı azalır və bu, tənəffüs yollarında qıcıqlanmanı bir müddət zəiflədir:
"Lakin yağışdan sonra rütubətin artması bitki tozcuqlarının şişməsinə və parçalanmasına səbəb olur. Nəticədə bu hissəciklər yenidən havaya qarışaraq allergik şikayətləri gücləndirə bilər".
Mina Mikayılova
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO