"Bu şəhərdə"dən Nəsimiyə hörmətsizlik - VİDEO
"Bu şəhərdə"nin "2 canlı" adlı konsertinin ssenarisində ilginc bir məqam üzə çıxıb. "İki milyoner"in dialoqu üzərində cərəyan edən həmin səhnədə Rafael İsgəndərovun "pencək" söhbəti gözlənilməz məqamı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Rafael ssenariyə uyğun olaraq, pencəyini qiymətli olduğu üçün çıxartdığı zaman əzilməsin deyə yanındakı gəncin "çiyninə atıb":
"Asta ol ha. Elə-belə pencək deyil ha, bu"
Rafaelin bu ifadəsindən sonra məsələyə müdaxilə edən Coşqun: "Timsah dərisidir, qaqa?" deyə sual verib.
Rafael bu məqamda: "Yox ə... Nəsiminin dərisidir", cavabını verir.
Yəqin ki, hər biriniz İmaddədin Nəsimi haqda hələ orta məktəb dərsliklərindən oxumusunuz.
Məlumatı olmayanlar üçün: İmadəddin Nəsimi XIV əsin ortası, XV əsrin əvvəllərində yaşayıb. O, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. Nəsiminin azərbaycanca şerlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şerlər, qəzəllər yaza bilirdi.
Nəsimi Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub - dərisi soyulub.









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir