Bu şəxslər xəstəliyi ağır keçirir - Həkim AÇIQLADI

Bu şəxslər xəstəliyi ağır keçirir - Həkim AÇIQLADI"Son zamanlar yoluxma sayının artmasının əsas səbəbi "omikron" ştamının yayılmasıdır. "Delta" ştamına nisbətən "omikron" insanlar arasında sürətlə yayılır və ondan qaçmaq mümkün deyil".
Milli.Az bildirir ki, bunu publika.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
Həkim bildirib ki, bu virusdan qorunmaq üçün gigiyenik qaydalara ciddi əməl olunmalıdır: "Ailə üzvlərindən biri bu xəstəliyə yoluxsa, digər üzvlər də yoluxacaq. Peyvəndlərin isə "omikron" variantına təsiri azdır, ancaq xəstəliyin yüngül keçirilməsinə yardım edir. Yəni, yaxın zamanlarda buster doza qəbul edən şəxs "omikron" ştamına yoluxduğu vaxt xəstəliyi ağır keçirmir. Hətta bəzi hallarda peyvəndlərin vurulması virusa yoluxmanın da qarşısını alır. Xüsusən risk qrupuna daxil olan şəxslər üçün "omikron" variantı təhlükəlidir, buna görə də həmin insanlar buster dozanı qəbul etməlidir".
M.Əliyev əlavə edib ki, eyni vaxta həm qripə, həm də COVID-19-a yoluxmaq mümkündür: "Bəzən elə hallar olur ki, vətəndaşlardan biri qripə yoluxub sağalır və sonra koronavirusa yoluxur. İnsanlarımız elə düşünür ki, onlar 2 dəfə koronavirusa yoluxub, ancaq belə deyil. Eyni zamanda qripə və koronavirusa yoluxma halları da müşahidə olunur. Belə olduğu halda virusa yoluxan şəxs xəstəliyi ağır keçirir və sağalmaq müddəti uzanır. Çünki orqanizmdə hər iki virus mövcud olur və onların simptomları eyni olduğu üçün çox vaxt şəxs tərəfindən hiss olunmur. Yəni, vətəndaş həm qripə, həm də COVID-19-a yoluxarsa, xəstəlik həmin şəxs üçün ağır keçir. Ancaq bu hal daha çox 1 ay bundan əvvələ aid idi, çünki indi xəstələnənlərin əksəriyyəti "omikron" ştamına yoluxur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1277   Tarix: 17 fevral 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

makiyaj instagram sac duzumleri geyim seçimi gənc ailə zire yagi sac ucun bal şəfadı yay kolleksiyasi 2026 kosmetika salatlar seksi novruza aid hakisda hesaplama faydalı maskalar